Salman adlı bir ovçu var idi. Ovçular bir yerə toplananda Salman öz ovçuluq məharətindən uzun-uzadı danışır və onların yanında öyünürdü. Yoldaşları ona çox zaman dodaqaltı gülüb bir söz demirdilər.

Bir gün iki ovçu, Heydər ilə Atakişi dovşan ovuna çıxmışdılar. Xeyli axtarışdan sonra qarşılarına zorba bir dovşan çıxdı. Heydər fürsəti fota verməyib cəld dovşanı nişan aldı. Atəşin açılması ilə dovşanın səndələyib yerə yıxılması bir oldu. Dovşanı götürüb getmək istərkən gördülər ki, budur, uzaqdan ovçu Salman gəlir. Atakişi gülə-gülə Heydərə baxdı:

– Heydər, dostun gəlir... Bura bax, başıma bir fikir gəldi.

Bunu deyib Heydər cibindən kağız-qələm çıxartdı, nə isə yazdı. Sonra kağızı büküb dovşanın ağzının içinə qoydu. Dovşanı isə iki ayağı üstündə yerə oturdub ovçu Salmana tərəf gedib Atakişi ilə onu qarşıladılar. Salman onları əliboş görüb lovğalandı.

– Ey, siz də adınızı ovçu qoymusunuz. Bəs səhərdən neyləyirsiniz?

Heydər gülə-gülə:

– Ay Salman, neyləyək, ovçuluqda bizim baxtımız gətirmir, – deyə cavab verdi.

Salman bir az da lovğalandı:

– Axı siz ovçu deyilsiz. Mən ovsuz qayıdan deyiləm.

Bunu deyib Salman ətrafa özünə məxsus lovğalıqla nəzər saldı. Dərhal ayaqları üstündə durmuş dovşanı gördü, iki lüləli tüfəngin səsi qulaq batırdı. Hər üç ovçu dovşana sarı qaçdı. Salman dovşanı əllərilə yuxarı qaldırıb özündən razı halda dedi:

– Dovşan gözünüzün qabağında sizi çağırır, siz də deyirsiniz ki, ov yoxdur.

Atakişi gülüşünü gizlətməyə çalışaraq dilləndi:

– Ay Salman, gərək bu dovşanı vurmayaydın, bir bax, deyəsən ağzında kiməsə məktub aparırmış. Bəlkə elə sənə gətirirmiş.

Salman dovşanın ağzına diqqət yetirdi və ağzının ucundakı kağızı ancaq indi gördü, tələsik kağızı dovşanın ağzından çıxarıb oxumağa başladı: “Hayıf ki, məni ovçu Heydər vurdu. Arzum bu idi ki, mən Lovğa Salmanın gülləsinə düçar ola idim”.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Oyunçu bağalar

Böyük bir binada eyni sinifdə oxuyan dörd-beş məktəbli yaşayırdı. Uşaqlar hər gün məktəbdən qayıtdıqdan sonra geniş həyətin günəşli və havalı tərəfində toplanıb oynayır, qaçışardılar. Yorulduqları zaman taxta barmaqlıqla hasarlanmış bağça yanındakı skamyada oturub danışardılar. Bir gün yenə bir yerə yığılıb oynayırdılar. Aslan əlində topu oynada-oynada gəldi. Uşaqlar qaçıb onun ətrafını alaraq dedilər:– Aslan, bu topu hardan aldın?

193421 min
Kələkbaz Albert

Lerqo bez fabrikasında fəhləlik edirdi. Qaniçən faşistlərə qarşı onda dərin bir kin var idi. Faşistlərlə vuruşma başlar-başlamaz Lerqo öz arvadı ilə bərabər cəbhəyə getdi; on altı yaşında oğlu Alberti öz yaxın qonşusu və səmimi dostu olan Albaressaya tapşırdı.Albert ağıllı, ürəkli və mətanətli bir çocuq idi. O, bilmədiyi şeyləri soruşub öyrənmək istəyər və gördüyü maraqlı hadisələri özünəməxsus dadlı bir dil ilə, qonşusu Albarasseya nağıl edərdi. Albaressa onu öz nəvəsi kimi sevərdi.

16 min
Kiçik qəhrəman

Azayın atası Böyük Vətən müharibəsinin lap birinci ilində əsgər getmişdi. Anası da dəmir yolunda işə düzəlmişdi. Atasının ayrılığı Azaya çox təsir edirdi, onu hər yadına salanda faşistlərə lənət oxuyurdu.Bir gün Azay yuxudan həyəcan içində oyandı. Çox halsız və nəşəsiz idi. Anası oğlunun bu vəziyyətindən narahat oldu:

19425 min
İki yoldaş

Nizaminin atası Böyük Vətən müharibəsi günlərində əsgər getmişdi. Əvvəlləri hər ay məktub göndərirdi. Məktublarında cəbhə həyatından, döyüş səhnələrindən, oradakı dostlarından yazır, evdəkilərin halını soruşurdu. Bir məktubunda da yazırdı ki, son döyüşlərdən birində qəhrəmanlıq göstərib, onu “Şərəf nişanı” ordeni ilə təltif ediblər. Hətta o zərfin içində döşündə “Şərəf nişanı” ordeni olan şəklini də göndərmişdi.Son məktubundan üç-dörd ay keçdi, ancaq Nizaminin atasından nə məktub gəldi, nə də bir xəbər. Nazim və anası hər gün həyəcan içində məktub gözləyirdilər.

2 min

Poems by other poets