Uğur olsun, gözəl bahar!Səni ellər çox arzular.Ayaq basdın ölkəmizə,Şənlik, sağlıq gətir bizə.Qoy sel kimi yağsın yağış,İnəyini sağsın yağış.Sellər axsın, çaylar daşsın,Sevincimiz başdan aşsın.Çatır-çatır yansın ocaq,Qoy şənlənsin oğul, uşaq.Çöllər, sünbül saçlı əkinParıldasın qızıl təkin.Dağlar bəzək vursun yenə.Quşlar məclis qursun yenə.Dağda, bağda axşam, səhər,Ətir saçsın bənövşələr.Həvəs, maraq gəlsin bizə,Çalışaq öz dərsimizə.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring