Olmuşam səhra-güzər bir Leyli sevdasında mən,Gəşti-Məcnuna yetişdim eşq səhrasında mən.

Gönül … eşqinə düşdü yenə həm bənd olur,Oxudum eşq dərsini İsa kilsəsində mən.

Gərşt edibən Tura yetdim söylədim anəstü nar,Eylədim yüz min kəlmə Turi-Musasıda mən.

Zülməti-şəb qaplamışdır hicr ilə nalan-u zar,Şölə gördüm yetdim ol dəm yedd-i bəyzasında mən.

Söylədim səni sevərüm mənə vergil könlünü,Biqərəzdir dilbəri bildüm təmənnasında mən.

İhtiyar-ü can-ü dildən dil yapışdı dilbərə,Nə qılam ey dost günül dilbər təmaşasında mən.

Dil yapışdı dilbərə, dilbər yapışdı dərd ilə,Çəkərim hər dəm məlamət eşqin fətvasında mən.

Dilbərə bəli deməklə dutdı gönlüm bənd edər,Nə yazılmış bilməzəm bu hərfin mənasında mən.

Arapıp eşqiylə tapşırdı məni bir məscidə,Oxudum səbal-məsani eşqin mollasında mən.

Yazılı cənnətdə gördüm ayəti-ümmül-kitab,Elmi-kamil eylədim hüsnün təmaşasında mən.

Hər zaman can istədi canan can bağışladı,Olmadum canan yolunda can … pərvasında mən.

Hasil etdüm giryə mən, canandan aldum dəst-namaz,Xoş salavat eylədüm dilbəri-musallasında mən.

Bil Həqiqi can olana hər zaman canan gəlür,Aləmi seyr eylədüm dilbər təcəllasında mən.

Aləl-Həqiqi rəhmətullahi

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love