Hər kimin müsahibi yoxdur gəlməsin meydan ara
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Hər kimin müsahibi yoxdur gəlməsin meydan ara,Ona yol yoxdur gəzib seyr eyləyə ümman ara.
Ər-Rəfiq sümmət-tariq mənasını fəhm etməmiş,Şahı-mürsəl söylədi şol mənkabət bürhan ara.
Olmayan əhli-müsahib tanımamış Rabbisin,Tanımayan Rabbisin sərgəştədir dövran ara.
Ayəti "əkməltü ləküm dinəküm" ta gəlmədən,Yetmədi həddi-kəmalə dinimiz insan ara.
Mustafa qıldı rəfiqini Əliyyül-Murtaza,Şahı-mərdan söylədi meydan ara, mərdan ara.
Həqq rəfiqin tanımayan div olar ol ta ədəb,Həşrə dək ol olub gəzər gərdişdə devran ara.
Həqq yaxınındır şəriat rahi ərkani-təriq,Mənzilin olur həqiqət can ara, canan ara.
Kim ki yoldaş oldısa zülmətdə qalsa qəm yeməz,İçirür abi-həyatdan məst ara, məstan ara.
Lahmükə lahmi rumuzunun bəyanın bilmiş ol,Pirədir şərii-təriqi böylədir fərman ara.
Çün İmam oldı on iki rahı-ərkan oldı bir,Bir olur, bir iki olmaz böylədir Quran ara.
Maqta — the closing couplet bearing the poet’s pen name. Ey Həqiqi bəhri ümmandır cihanda bu təriq,Gir o bəhrin içinə gir gör bu gün ümman ara.
Kitabxana.az · https://kitabxana.az/en/works/cahansah-heqiqi-her-kimin-musahibi-yoxdur-gelmesin-meydan-ara
Use ← → keys to move, R for a random poem
More by this author
Olmuşam səhra-güzər bir Leyli sevdasında mən,Gəşti-Məcnuna yetişdim eşq səhrasında mən.
Qılmayan canın fəday ol dilbəri-cananınaQılmayan canın fəday ol dilbəri-cananına,Cahili-nadan imişlər rəhm gəlməz canına.
Vücudun şərhinə girdim əcəb sirri-Xüda gördümVücudun şərhinə girdim əcəb sirri-Xüda gördüm,Yasanmış iki bənd üstə bu şərhi canfəza gördüm.
Demişdim bir kəz bəli ey yar səndən dönməzəmDemişdim bir kəz bəli ey yar səndən dönməzəm,Gəl Zəkərya tək sərimdən yar səndən dönməzəm.
Poems by other poets
چو بهتر در زمانه علم و جانستبدان کین علم جان آخر زمان است
BirəSizə mən vəsfin edim bu evi viran birənin,Dini yox, məzhəbi yox, şum bəd-arkan birənin,
TilliBənövşə tək sünbül zülfün boy verir,Hər yuyub sərində havaya, tilli.
Dedim mərqum edəm ol yarə kağızDedim mərqum edəm ol yarə kağız,Mənə bəlkə qıla bir carə kağız.