Bu həyat yükünün öhdəsindən mənHeç gələ bilməzdim sən olmasaydın.Deyirəm, kim bilir, bəlkə bu qədərSevilə bilməzdim sən olmasaydın?

Eşqin möcüzələr yaratdığını,Mən bilə bilməzdim sən olmasaydın.Ömür kitabımdan dərdi, kədəriTək silə bilməzdim sən olmasaydın.

Yaxşı ki, sən varsan mənim yanımdaMən gülə bilməzdim sən olmasaydın,Birgə yaşamağın gözəlliyiniMən belə bilməzdim sən olmasaydın!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets