رخش حسن ای جان شگرفی را به میدان درفکن
رخش حسن ای جان شگرفی را به میدان درفکنگوی کن سرها و گوها را به چوگان درفکن
عشق را گه تاج ساز و بر سر عشاق نهزلف را گه طوق کن در حلق مردان درفکن
عالمی از عشقت ای بت سنگ بر سر میزنندزینهار ای سیمگون گوی گریبان درفکن
نیکوان خلد بالای سرت نظّارهاندیک نظر بنمای و آشوبی در ایشان درفکن
تن که باشد تا به خون او کنی آلوده تیغزور با عقل آزمای و پنجه با جان درفکن
کفر و ایمان را به هم صلح است خیز از زلف و رخفتنهای ساز و میان کفر و ایمان درفکن
آخر ای خورشید خوبان مر تو را رخصت که دادکز خراسان اندر آ، شوری به شروان درفکن
شاید ار سرنامهٔ وصل تو نام دیگر استمردمی کن نام خاقانی به پایان درفکن
Hüsn atın sən, ey gözəl, meydanda, gəl, cövlana sal!
Başını aşiqlərin döndər kosa, çovqanə sal!
Eşqi gah tac eyləyib, qoy başına aşiqlərin,
Zülfünü gahi kəmənd et, boynuna mərdanə sal!
Sinənin eşqində aləm sinəsinə daş vurar,
Ey gözəl, sinəndəki o kosları zindanə sal!
Hüsnünə heyran baxarlar cənnətin huriləri,
Bir nəzərlə onları xar eyləyib, həycanə sal!
Qəlbimin qanı nədir, töksün yerə ol xəncərin,
Əqlimi, gəl, al mənim, bu ruhumu al, qanə sal!
Küfr, iman sülh edib, qalx, bircə göstər hüsününü,
Fitnə qaldırmaq dilərsənsə, o zülfü yanə sal!
Axır, ey xurşidi-taban, kim icazə verdi ki,
Sən Xorasanə salan qovğanı, gəl, Şirvanə sal?
Bağçaya baxsan, yəqin bülbül ölər, gül xar olar,
Bir nəzər, ey can alan, bu gülşəni-xəndanə sal!
Bəlkə vəslin naməsi bir ayrı adla başlayır,
Hörmət et, Xaqaninin, gəl, adını payanə sal!
Kitabxana.az · https://kitabxana.az/en/works/xaqani-qezel-279
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Love
Qanlı rəqib, nədir sözün bir qərəzAləm sənin olsun, nazlı yar mənəm
Qoşa-qoşaNazlı yar bağçanı seyr edib gəlir,Tutubdu dəstində gül, qoşa-qoşa.
Çığalı müxəmməsƏğyarı gəl ey dost, kənar et səni Tarı,Bir rəsmi-pəsəndidə şiar et səni Tarı,
Əlif-lam“Əlif”dən sürahi alagöz yarım,“Ba” babi cahanda qılmana bənzər.