Bir kimsə yox izhar edəm dərdimi,Deyəm durub mənə dərman eyləsin.Rəhm qılsın bu aşiqin halına,Şikəstə könlümü xəndan eyləsin.

Gecə-gündüz çağırıram mən Tanrı,Könlüm mətləbini sən yetir barı.Hər kimin ki, vardı vəfalı yarı,Şirin canı ona qurban eyləsin.

Mən fəqirə çox eylədin sitəmi,Günbəgün artırdın möhnəti, qəmi.Xar olubdu qızılgülün həmdəmi,Şeyda bülbül ahu-fəğan eyləsin.

Sənə qurban olum gözəllər xubu,Mina gərdən, sinə mərmər, qədd tubu.Bir aşiqin ayrı düşsə məktubu,Yaxa yırtsın dildə giryan eyləsin.

Ağ üzə düşübdü siyah xalları,Əcəb açılıbdı qönçə gülləri.Sənətkar der: müşkü-ənbər telləri,Töksün sədri üstə əfşan eyləsin.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love