Vüsalda görməliyəm
Məhəbbətin aradım zövqünü, səfasını mən,Gözəllərin sınadım əhdinə vəfasını mən.
Səbəb nədir ki, mənim ayrılıq düşüb payıma,Günahsızam, çəkirəm, bəs nəyin cəzasını mən?!
Vəfalıyam, qulağım səsdədir uzun illər,Eşitmək istəyirəm yarımın sədasını mən.
Əzaba, dərdə, qəmə öyrənib sevən ürəyim,Vüsalda görməliyəm dərdimin dəvasını mən.
Süleymanam, gəzirəm hey Araz boyunca yenə,Öz eşqimin yazıram qəmli macərasını mən.
Kitabxana.az · https://kitabxana.az/en/works/suleyman-rustem-vusalda-gormeliyem
Use ← → keys to move, R for a random poem
More by this author
Yenə könlüm quşu xəyala dalıb,Başımın üstünü dumanlar alıb.
Gəl deməGəl demə, “Sevgilim unudub məni,Yurdumu, yuvamı aramaz oldu”.
AxtararsınızBir gün yadınıza düşərsəm, məni,Bu doğma ellərdə axtararsınız.
Süleyman dərdiMəni yandırdı Füzuli kimi hicran dərdi,Uzun illər demədim xalqa bu pünhan dərdi.
Poems by other poets · Love
Aşiqlik peşəsin qıldım,Namusdan, ardan ayrıldım,
Ya səndədi, ya məndəAla gözlüm, dərdə oldum giriftar,Dərdə dərman ya səndədi, ya məndə.
Çəkmə, ey dust, məni məscidi-viranə sarıÇəkmə, ey dust, məni məscidi-viranə san,Genə çəksən də məni, çək barı meyxanə sarı,
Gəraylı: Ağalar, biwəfa yardanAğalar, biwəfa yardanMən dönərəm, könül dönməz