Gəl demə, “Sevgilim unudub məni,Yurdumu, yuvamı aramaz oldu”.Gəl demə, “Halıma ürəyi yanmır”,Demə, “xeyrə, şərə yaramaz oldu”.

De görüm kimdə var məndəki dözüm,Səni addım-addım aradı gözüm.Uzanan yolları daradı gözüm,Məgər bu yollarda yaram az oldu?!

Qınama uzaqdan-uzağa məni,Unuda bilərmi sevən-sevəni?Hər gün bu sahildən səslədim səni,Səsimə səs verən tək Araz oldu.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love