Urmiya gölünə qan çilədilər,Ördəyim ağladı, qazım ağladı.Köçdü sahilindən nazlı gözəllər,Baharım ağladı, yazım ağladı.

Başının üstünü dumanlar aldı,Meşələr yas tutub saçını yoldu,Dünyanın qəmləri qəlbimə doldu,Kamanım ağladı, sazım ağladı.

İki hicran çəkən yenə qəm yedi,Yandı gözlərində eşqin məbədi.Biri Araz dedi, biri Van dedi, –Süleyman ağladı, Nazim ağladı.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring