Araz deyir
Göydə buludlarla toqquşur ahım,Başımın üstündə şimşəklər çaxır.Özüm də bilmirəm nədir günahım,Başıma yer-yerdən sərkilər yağır.
Bülbüllər məskəni bir gülüstanıDeyirlər, ikiyə sən ayırmısan.Götürün üstümdən quru böhtanı,Bilsin təqsirini adıma yazan! –
Yox, yaranmamışam mən göz yaşından,Göyərçin dalğalı Arazdır adım.Ay ellər, qardaşı qan qardaşındanAyıran ayırdı, mən ayırmadım!
Kitabxana.az · https://kitabxana.az/en/works/suleyman-rustem-araz-deyir
Use ← → keys to move, R for a random poem
More by this author
Eşqini qəlbinə bəxtim kimi yazmış öz əlim, –Sən gözəllər gözəlindən də gözəlsən, gözəlim!
Bilmədin sən qədrimiBilmədin sən qədrimi, ey nazlı canan, bilmədinÇəkdi min dərd, min cəfa hicrində bu can bilmədin.
GəlSevgilim, məclisə gəl, çünki məhəbbət dəmidir.Görkəmin incə, gözəl nazlı gəlin görkəmidir.
DeyirlərAşiq olanın bağrı dönər qanə, deyirlər,Atəşdə yanan aşiqə pərvanə deyirlər.
Poems by other poets · Nature and spring
Mən fələyin şərbətini içmişəm,Həmdəm olan, gəl halımı gör nədir,
QəhvəQoymadı aynayi-dildə qübarı qəhvə,Nə əcəb olsa əgər məsti-xumarı qəhvə,
Dövri-rüxsarına geysuyi-pərişan düzülübDövri-rüxsarına geysuyi-pərişan düzülüb,Ya ki, gül dövrünə bir dəsteyi-reyhan düzülüb?!
Məclis əhli çaxır içəndə dutar əldə əyağMəclis əhli çaxır içəndə dutar əldə əyağ,Sanəsən bir şəmdir kim üstə yanır bir çırağ.