Dün gecə açdı nigarım üzünü ay kimi
Dün gecə açdı nigarım üzünü ay kimi,Gördüm ol mahın əyilmiş qaşını yay kimi.
Sürəti-tiri-nigahını təsəvvür elədim,Ki, gəlir sinəmə şəst ilə tramvay kimi.
Eşq bazarının aləmdə mənəm həmmalı,Almışam çiynimə qəm yüklərini tay kimi.
Saldı gözdən məni ol sərvi-rəvanım, getdi,Gözümün yaşı fərağında axır çay kimi.
Gördüm həmsöhbət olub qeyr ilə şirin-şirin,Bu həsəd qıldı əsər könlümə əzvay kimi.
Vahida, qaldın hamından geri, çox acizsən,Ciddü cəhd eylə ki, lap olmuyasan zay kimi.
Kitabxana.az · https://kitabxana.az/en/works/vahid-dun-gece-acdi-nigarim-uzunu-ay-kimi-2
Use ← → keys to move, R for a random poem
More by this author
Könüllər şad olan gündür – bu bayramda, bu bayramda,Vətən azad olan gündür – bu bayramda, bu bayramda.
Küsmüsən məndənEşitdim, sevgilim, küsmüsən məndən?Qaçırma bülbülü öz çəmənindən.
SevgilimSevgilim qaşların çatıb baş-başa,Hüsnünə etməyə hər gün tamaşa
GözlərinSevgilim, el bilir mən əhli-dərdəm,Səndən başqasını sevsəm namərdəm.