Təngdir qönçə dəhanın, gec gəlir avazə söz,Bir sənəmdir – nazənin, qoymuş özünü nazə söz.

Sordum ağzın sirrini hər kimsədən, ey tazə gülTapmadı, yüz min xəyal etdi, bu məxfi razə söz.

Dərk qılmaz zahidi-bizövq kim, nazik sözü,Çox çətin qandırmaq olsun mərdümi-qanmazə söz.

Söz bir oxdur sinəmə dəydikcə, ey qaşı kaman,At könül şəhrinə, açsın eşq üçün dərvazə söz.

Rişteyi-canimlə ahım suzəni hər gün çəkər,Cildi-sinəmdə hədisi-eşqinə şirazə söz.

Yetməz, ey mahim, təmamə vəsfi-hüsnün xəlq əra,Gər qəza katibləri yüz min kitabə yazə söz.

Olmasa ustad bəzmində sözün, Vahid, qəbul,Pirlər yazsın cavanlarçın yenə bir tazə söz.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love