Nə kəsib durmusan yüksək dağları?Susuzluqdan yanır gül budaqları,Yolunu gözləyir Bakı bağları.Bizimdə ətrafa bir dolan, Samur!

Kanalın başında körpü salınır,Elin zəfər marşı hər gün çalınır,Qudurmuş çayların köpü alınır,Ey coşub dağlara səs salan, Samur!

Bizim də çöllərin ruhun tazala,Yayılıb şöhrətin elə, mahala,Özün gələcəksən axır kanala,Yalvara-yalvara, bunu qan, Samur!

Sənə qiymət verir böyük gələcək,Səninlə çöllərin üzü güləcək.Gəl bizim yerlərə, nazını çəkək,Xidmətində duraq hər zaman, Samur!Bizə həmişəlik bu şad bayramı,Oktyabr verib, eşidib hamı.Bu xoş gündən alır ellər ilhamı,Sən də gəl ol bizə mehriban, Samur!Ey coşub dağlara səs salan Samur!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland