Ay aşıq, söhbət aç güldən, çiçəkdən,Çəmənlər zinəti bizim yerdədir.Bülbüllər zövq alır güllərimizdən,Baharın ləzzəti bizim yerdədir.

Çal, oxu şur ilə çoban-bayatı,Sazında təriflə bu şən həyatı.Ətirli gülləri, bağı, bağatı,Gözəllik xilqəti bizim yerdədir.

Elimdən, arxamdan, qəm uzaqlaşır,Zövqümüz, nəşəmiz həddindən aşır.Xalqımız fərəhlə gülüb, oynaşır,İnsan səadəti bizim yerdədir.

Sazın, kamançanın, qarmonun, tarın,Oxuyub-çalanın, gülün, baharın.Ədibin, şairin, hər sənətkarın,Ən böyük qiyməti bizim yerdədir.

Nə tarixlərdə var, nə başqa dildə,Çoxuşaqlı qadın varmı bir eldəHökumətdən alsın bir min hər ildə?Analıq hörməti bizim yerdədir.

Faşistin zülmünə dünyalar baxır,Analar bağrına süngülər taxır.Körpə uşaqları yandırıb-yaxır,Bala məhəbbəti bizim yerdədir.

7 noyabrdan aldıq ilhamı,Şadlıqla keçirdik bu şən bayramı.Dünya yoxsulları sevinir hamı,Fəhlə hökuməti bizim yerdədir.

Bir çox bayramları gördüksə əgər,Bugünkü bayrammız hamsına dəyər!Bu xoş günü görən sevinməz məyər?Könüllər bəhcəti bizim yerdədir.

Silinsin dünyadan boş həngamələr,Səslənsin dillərdə coşqun nəğmələr.Yazılsın rəhbərə təbriknamələr,Dünyalar cənnəti bizim yerdədir.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring