Buruq mahnısı
Buruqda çıxmışam göylə yarışa,Bizə günəş, ay eyləyir tamaşa.Borularla qara neftimiz axır,Elə bil ki, göydə ildırım çaxır.Mator fırlanır,İşıqlar yanır.Gündə varlanırQızıl ölkəmiz!
Qəlbimdə canlanır sevgi, məhəbbət,Bəxtiyar xalqıma bəslərəm hörmət.Mənə ilham verən azad ölkəmdir,Elin mərd oğluyam qolumda qüvvət.Mator fırlanır,İşıqlar yanır.Gündə varlanırQızıl ölkəmiz!
Xəyalım quş kimi açıb qol-qanad,İşlədikcə mənə xoş gəlir həyat.Baxdıqca yurduma açılır könlüm,Rəqs edir qarşımda bütün kainat;Mator fırlanır,İşıqlar yanır.Gündə varlanırQızıl ölkəmiz!
Mübariz xalqımın çoxdu hünəri,Çıraqban eyləmiş kəndi, şəhəri...Çıxardar zahirə polad qollarımTəbiət gizlədən xəzinələri.Mator fırlanır,İşıqlar yanır.Gündə varlanırQızıl ölkəmiz!
Günəşlə çıxıram birgə döyüşə,Həvəslə gedirəm hər gün mən işə.Torpağın altından çıxardaraq mən,Verirəm ölkəmə məhsul həmişə,Mator fırlanır,İşıqlar yanır.Gündə varlanırQızıl ölkəmiz!
Kitabxana.az · https://kitabxana.az/en/works/vahid-buruq-mahnisi
Use ← → keys to move, R for a random poem
More by this author
Qəm çəkmə, könül, məclisə canan yenə gəldi!Bu qalibi-biruhə verən can yenə gəldi!
Bayram yeli əsdi, gülüzarım təzələndiBayram yeli əsdi, gülüzarım təzələndi,Şadlıq gətirən xəlqə baharım təzələndi.
Öz yarimə, bilməm, niyə biganəyəm indiÖz yarimə, bilməm, niyə biganəyəm indi,Onsuz, elə bil ki, dəli-divanəyəm indi.
Günümü qıldı siyəh, ol məhi-taban getdiGünümü qıldı siyəh, ol məhi-taban getdi,Bilməm, ol mah görüb məndə nə nöqsan getdi?