Bənzərəm bülbülə gülzari-Vətəndə, gülə sən,Mən əgər ağlasam eşqində, gərək sən güləsən!

Nə qədər cövr eləsən, inciyən olmaz səndən,Eşqi vardır sənə xəlqin, gözəlim, qarəgiləsən.

Qısqanırlar sənə, ardınca güdürlər gecələr,Gözlə ki, düşməyəsən boş yerə dildən-dilə sən!

Yaşının azlığına baxma, kəmalın çoxdur,Az zamanda gələcəksən, gözəlim, hasilə sən.

Naz ilə yol-yerişin, sadəliyin xoşma gəlir,Bir cəhət var ki, yaraşmır sənə – kəmhövsələsən.

Ləlü gövhər sən olan yerdə düşər qiymətdən,O gümüş gərdəninə düzmə qızıldan hilə sən.

Vahidin dəhrdə divaneyi-eşq olmağına,Etmə zülfün üzə zəncir kimi silsilə sən.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love