Gözəllər içrə sən, ey mahiparə, bir dənəsən
Gözəllər içrə sən, ey mahiparə, bir dənəsən,Gözəllərin gözüsən, zülfü qarə, bir dənəsən.
Gülüzlü nazlı sənəmlər düşər qədəmlərinə,Bu çeşmi-məst ilə qılsan işarə bir dənə sən.
Sən olmasan, məni hicran qəmi həlak eylər,Şikəstə könlümə aləmdə çarə bir dənəsən.
Zəmanə əhlinə məşhursan gözəllikdə,Bu sirr gizli deyil, aşikarə, bir dənəsən.
Rəqibi qoyma yaxın vəslinə, xəyanət edər,Ki, qorxuram, səni çəksin kənarə, bir dənəsən.
O zövqü dövləti-dünyayə vermərəm, hərdənMəni fəqirə də qılsan nəzarə, bir dənəsən.
Gözəl həyatını, Vahid, fənayə sərf etmə,Səni zəmanə yetirməz dübarə, bir dənəsən.
Kitabxana.az · https://kitabxana.az/en/works/vahid-gozeller-icre-sen-ey-mahipare-bir-denesen
Use ← → keys to move, R for a random poem
More by this author
Vurma o qarə tellərinə şanə, sevgilim,Etmə məni bəlakeşi-divanə, sevgilim.
Könlümü etmiş cəmalın şövqü heyran, sevgilimKönlümü etmiş cəmalın şövqü heyran, sevgilim,Yox bəşərdə sən kimi istəkli canan, sevgilim.
Həmişəlik o gözəl yarım olsa mənimHəmişəlik o gözəl yarım olsa mənim,Yolunda sərf edərəm, hər nə varım olsa mənim.
Xeyli vaxtdır, ayrılıb məndən o cananım mənimXeyli vaxtdır, ayrılıb məndən o cananım mənim,Firqətilə gündə min dəfə çıxar canım mənim.
Poems by other poets · Separation
Bir bəri bax, ay qadasm aldığım,Xəbər gəlməz ellərindən, ağlaram.
Bu qədər saldı məni həsrət, amandan-amanaBu qədər saldı məni həsrət, amandan-amanaKönlüm axırda mənim düşdü gümandan-gümana.
İndi"Ayn" "lam" içində, "sin" arasında,Yar mənə göndərdi bir cəviz indi.
İnanmırBir qəmli bülbüləm,Güllər inanmır.