Bu qədər saldı məni həsrət, amandan-amana
Bu qədər saldı məni həsrət, amandan-amanaKönlüm axırda mənim düşdü gümandan-gümana.Neçə alim yazıb öz dərdini izhar elədi,Aşiqin dərdi fəqət keçdi zamandan-zamanaDərdü-qəmdən usanıb düşdü könül hicr oduna,Eləyək indi şikayətini yamandan-yamana?!Səni gördükdə mən ancaq belə dil-dil ötürəm,Boşalır göydə buludlar da dolandan-dolana...Demərəm görməmişəm mən səni çoxdandı, gülüm,Görürəm surətini yalqız olandan-olana...Könlümün üstə düşən kölgələr əlan silinir,Başımın üstünə sən kölgə salandan-salana.Neçə yol vədə verib əhdə vəfa qılmadı yar,Bəxtiyar! Qəlbin axır düşdü talandan-talana.
Sentyabr, 1963
Kitabxana.az · https://kitabxana.az/en/works/bextiyar-vahabzade-bu-qeder-saldi-meni-hesret-amandan-amana
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Love
Ey Məkkəni, Mədinəni yaradan,Bir fikir çək əhvalına Vaqifin.
Dal əyər, əyərÇən gəlsə dağlara, yellər əsdirər,Qışda çətin gəlsə, dal əyər-əyər.
Söylə görüm, olum dilin qurbanıSöylə görüm, olum dilin qurbanı,Nədən vəfa eyləmədin iqrarə?!
بغیر خط که ز روی لطیف یار برآیدز آب آینه نشنیده کس غبار برآید