Yenə bağlar o bağlardır, fəqət bağda gülüm yoxdur
Yenə bağlar o bağlardır, fəqət bağda gülüm yoxdur,Gülüm yoxdur, bu dünyada ayım yoxdur, ilim yoxdur.Zaman dönməz öz hökmündən... Biz ayrıldıq, tez ayrıldıq,Dilim bar verməz, ay dostlar, deyəm ki, sevgilim yoxdur.Çiçəklərdən, küləklərdən mən allam ətrini yarın,Dilək ölməz, ürək ölməz, sevənlərçün ölüm yoxdur.Gülüm əğyar qılıncıyla sevərkən ayrı düşdük biz,Bu həsrətdən, bu möhnətdən daha müdhiş zülüm yoxdur.Sevib yandım, külək qalxdı, külüm sovruldu əflakə,Məni gərmə bu dünyada odum söndü, külüm yoxdur.Ağac yansa, fəğan eylər, deyər öz dərdini aşkar,Deməkçün dərdimi yarə, bəmim varsa, zilim yoxdur.Səninlə Bəxtiyaram mən, ayım sənsən ilim sənsən,Bu dünyada mənim sənsiz ayım yoxdur, ilim yoxdur.
Oktyabr, 1961
Kitabxana.az · https://kitabxana.az/en/works/bextiyar-vahabzade-yene-baglar-o-baglardir-feqet-bagda-gulum-yoxdur
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Love
“Əlif”dən sürahi alagöz yarım,“Ba” babi cahanda qılmana bənzər.
Ey gözüm nuri, qarari-düi-ürfan, getməNeyləyim, covr eləyir cərxi-cəfakar mənə,Göndərib hər nə qədər covr, sitəm var, mənə.
Qəzəl: Həbibim qəddi-mövzunun əlifdir dal arasındaHəbibim, qəddi-mövzunun əlifdir dal arasındaVücudun Həzrəti-Haq saxlasın iqbal arasında
Gəraylı: Görə bilməm ariziniGörə bilməm arizini,Tutubdur sər-basər zülfün,