Qarabağ atı
1956-cı ildə İngiltərə kraliçasına Qarabağ atı - "Zaman" hədiyyə göndərilmişdi.
Cıdır düzü...Sinəsində at oynaqlar,Cıdır düzü -İgidliyin arayışı -Üstündə də nal ləpiri möhür bağlar.Qarabağın cins atları -hünərimin kişnərtisi,Toppuzların gurultusu,Qılıncların parıltısı,Neştər səsi!Qarabağın kürən atı –Döyüşlərdə arxasıdırKoroğlunun,Bayandurun.Cilovunu gəmirdimi,hünəriniz varsa əgər o qızmamış,Qamçıların hədəsinə dayandırın!Kişnədimi o uçacaq.Kişnərtisi - qanadları!Qamçı vurma!Qamçı yola gətirənni cins atları?Zaman keçdi,Zəmanəmdə "Qırat", "Dürat", "Zaman" olduİgidliyi kitablara köçürüldü.Yaddaşlarda unuduldu."Zaman" atım, aman atım!Keçmişimdən bu günümə amanatım!Avtomobil zamanındaNiyə, axı, sənin adın "Zaman" oldu?Geriyəmi döndü zaman,Məgər raket-kaman oldu?
"Qırat", "Dürat"İndi nədir?Ekzotika, eksponat!Dövrümüzdə nə deməkdirKral, ya da kraliça?Öz əvvəlki hökmündəmibu gün yenəBritaniyada kraliça?Kraliça YelizavetaYelləndikcəArasında göyün, yerin,Nəfəs alır havasıylaÖtüb keçən təmtəraqlı əsrlərin.O bəyənmirAsfalt üstə quş tək süzən maşınları,Göydə gəzən maşınları.İstəyir ki,Əsrin dəli sürətini unuda o,Keçən əsrin duyğulara sığal çəkənAhənginə dəm tuta o.Karetada seyrə çıxır,At saxlayır.O, dünənin ölüsünükəfənləmək əvəzinəSabahının körpəsi tək qundaqlayır.Öz kökünə qayıtmaqlagüman edirÖz əsrini qabaqlayır.Ekzotika vurğunudurKraliça Yelizaveta.Səyahətə çıxan zamanqamçı vurmaz o hər ata!Meyl salıb QarabağdanTöhfə kimi gətirilənKəhər ata!"Zaman" yatmır ipə, sapa,Dirək olub kişnərtisi yerə, göyə.
Nə qamçıya boyun əyir, nə hədəyə.O gəmirir cilovunu,Kraliça seyr eləyir gendən onu,Ayaqları eşir yeri,Yaxın qoymur həndəvərə mehtərləri.Nə etməli?Gəlir bir-birCıdırlarda ad qazanan,Rekord vuran minicilər.Nə faydası,O ram olmur.Kraliça aram olmur,Qəzəblənir:-Britaniyada yoxmu məgərbircə kişi, -Ram eyləyə bu qızmışı?Kraliça yana-yanabaxır ona –Ceyran kimi duruşuna,Hirslə yeri eşməsinə,Heyran qalırKişnəyəndə gur səsinə.At duyur ki,Gözəlliyi heyran qoyubMaddım-maddım baxanları,Neçə-neçə yarışlardanQələbəylə çıxanları.Belə heyran baxışlardanO iyrənir,İstəyir ki,belindəkiOnun ceyran hüsnünə yox,Qaçışına,Yürüşünə heyran qala.İstəyir ki,ayağının altındakıBöyüdüyü torpaq olsun -İstəyir ki,belindəkiYarışlarda nəmər alan jokey deyil,Vuruşlarda zəfər çalanigid olsun!İstəyir ki,yüyənini gəmirəndəCilovunu çəkib yığanigid olsun.İstəyir ki,sahibi dəAtılmaya beldən-belə.Kişnəyəndəsahibi dəKişnərtiyə cavab verəKoroğlunun nərəsilə.O, belində kraliça qəbzəsi yox,Vuruş istər, hünər istər.O, belindəaynalılı Həcər istər.
Günlər keçdi, aylar ötdü,Qarabağın köhləninəQışda kişmiş,Yazda yaşıl ot verdilər.Səhər-səhərÇəmənlərdə gəzdirdilər,O yemədi, o içmədi.Qızıl yüyən laqqıldadı çənəsində,Dolandıqca yad torpağın sinəsindəArıqladı o günbəgün.Xiffətini çəkirdi at Şahbulağın,Cıdır düzün.ÜrəyindəSarı dağdan enən daşınsəsi dindi,Gözlərində Daşaltının ağ suları gilələndi.O dözmədi,yox, dözmədi,Bu xiffətdə çox hikmət var.Yad iqlimə dözə bilməzÖz-özünü tanıyanlar!
Avqust, 1976, Şəki.
Kitabxana.az · https://kitabxana.az/en/works/bextiyar-vahabzade-qarabag-ati
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Ol gündən lənət olsun şeytana,Ondan ötrü çoxlu fitnə-feli var,
Dəyən bülbül pərinə daima gülzarsız qalsınDəyən bülbül pərinə daima gülzarsız qalsın,Salan aşiqləri pərgardən pərgarsız qalsın.
SəniKafərdi kor mələk bilə, canə mələk səni,Sultani-hüsnsən yaradıb tanrı tək səni.
Həcv: Qayıtdın Kəbədən, Hacı, unutdun din və imanıQayıtdın Kəbədən, Hacı, unutdun din və imanı,Buraxdın şahidi-üqbanı, tutdun xeyri-dünyanı