Həmişəlik o gözəl yarım olsa mənim
Həmişəlik o gözəl yarım olsa mənim,Yolunda sərf edərəm, hər nə varım olsa mənim.
Bir özgə dilbərə baxsam əgər, gözüm çıxsın,Mənimlə daim o çeşmi-xumarım olsa mənim.
Yanımda öz gülüm olsa, rəqiblər kimdir?Xəzan qəmi mənə neylər, baharım olsa mənim?
Bu qarə gözlülərin həsrətin çəkən deyiləm,Əgər o ahu baxışlı şikarım olsa mənim.
Fəğanə mən gələrəmmi şikəstə bülbül tək,Çəməndə öz gülümə etibarım olsa mənim?
Çəmən çiçəklərini istəsəm, bəlayə gəlim,Bu nazənin kimi bir gülüzarım olsa mənim.
Bu tazə qönçələrin mən əsiri olmaz idim,Əlimdə, Vahid, əgər ixtiyarım olsa mənim.
Kitabxana.az · https://kitabxana.az/en/works/vahid-hemiselik-o-gozel-yarim-olsa-menim
Use ← → keys to move, R for a random poem
More by this author
Gördülər ta o gülün nərgisi-məstanələrin,Saldı saqilər həsəddən yerə peymanələrin.
Ləbinə bənzəməsəydi meyi meyxanələrinLəbinə bənzəməsəydi meyi meyxanələrin,Lalərəng olmaz idi çöhrəsi peymanələrin.
Yar üçün nazını çəkmək gərək əğyarlərinYar üçün nazını çəkmək gərək əğyarlərin,Gül üçün bülbülə min cövri yetər xarlərin.
Səfayi-söhbəti-cananı kim görüb, o desin!Səfayi-söhbəti-cananı kim görüb, o desin!Bəlayi-möhnətü hicranı kim görüb, o desin!
Poems by other poets · Love
Əzəldən bağçasız bir bahar idim,Dünyaya sığmayan intizar idim,
Məndən — səndənNazlı dilbər, nə yaraşır qəddinə,Tirmə məndən, kəmər məndən, bel səndən,
Təcnis: Çəkmiş yar oxunu, salmış yayınaÇəkmiş yar oxunu, salmış yayına,Bağlamış belinə bu sədaqları.
Nəfəs: Ölməzdən əvvəl öldülərÖlməzdən əvvəl öldülərHaqq yolunun aşiqləri