Gördülər ta o gülün nərgisi-məstanələrin,Saldı saqilər həsəddən yerə peymanələrin.

Bilməsəydi ləbinin zövqünü meyxanəçilər,Bil ki, çoxdan qapamışdı hamı meyxanələrin.

Yığdı rüxsarı tamaşasına aşiqlərini,Şəmə bax, gör necə cəm eylədi pərvanələrin!

Beyrəqi-zülfün o şux açdı, dağıtdı üzünə,Fikri var, toplaya öz başına divanələrin.

Mən cəfasın çəkirəm, sən bu vəfasızlığa bax!Məndən artıq sevir ol gül yenə biganələrin.

Gördülər şanənin ayrılmadığın zülfündən,Xublər rəşk ilə sındırdılar öz şanələrin.

Vermərəm dilbərimin bir səri-kuyin, Vahid,Versələr küll cahanın mənə kaşanələrin.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love