Məni, ey tazə gül, hicrində giryan eylədin, getdin,Misali-bülbüli-şuridə nalan eylədin, getdin.

Qoyub, ey Yusifi-sani məni Yəqubtək ağlar,Mənə bu xaneyi-dünyanı zindan eylədin, getdin.

Məni Məcnun kimi zənciri-zülfə bağladın möhkəm.Xəyalım cəmikən axır pərişan eylədin, getdin.

Tərəhhüm qılmadın üşşaqə bir dəm, ey şəhi-xuban,Məni sail kimi çaki-giriban eylədin, getdin.

Qılıb eşq əhlini qəm bəstərində ruzü şəb xəstə,Rəqibi-səngdil dərdinə dərman eylədin, getdin.

Məni ağlatdın hicrində bəlayi-eşq ilə, zalim!Nədən biganələr könlünü xəndan eylədin, getdin.

Gəlib nə Vahidi qəmdən xilas etdin, nə öldürdün,Nə də müşkül olan dərdini asan eylədin, getdin.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love