Fikr edirdim, olacaqsan mənə cananə, gözəl,Qeyrilər eylədi məndən səni biganə gözəl.

Mən dedim, qismət olar, ömr elərik dünyada,Aqibət oldu bu əhdim mənə əfsanə, gözəl.

Sən əgər bülbül idin, mən də sənə bir gül idim,Dərdi bülbülə verib, xari gülüstanə, gözəl.

Etdiyin səhvini axırda bilərsən sən özün,Bivəfalıq yaraşan şey deyil insanə, gözəl.

Nə qədər sən məni hicran oduna yandırsan,Tab qıllam, əgər etsən məni pərvanə, gözəl.

Yenə get fikr elə, mən Vahidəm eşqində sənin,Varam öz eylədiyim əhdimdə mərdanə, gözəl.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love