Biz xərabət əhliyik, meyxanələrdən çıxmışıq,Badələr nuş etmişik, peymanələrdən çıxmışıq.

Atəşi-qəmdən nə qorxaq kim, səməndərxislətik,Şəmlər yandırmışıq, pərvanələrdən çıxmışıq.

Pirimiz piri-muğandır, xadimi-meyxanəyik,Rindlər zövqün görüb, divanələrdən çıxmışıq.

İndi biz ikrah edib meydən, nəzərdən düşmüşük,Yoxsa, min-min məclisi-məstanələrdən çıxmışıq.

Gah öpüb yarın ayağın, gah dolanmıq başına,Biz pərişan zülflərtək şanələrdən çıxmışıq.

Bir şüanın zərrəsindəndir, fəqət rəng özgədir,Deyrilərdən, məscidi-viranələrdən çıxmışıq.

Qədrü qiymətsiz bizi zənn etmə, Vahid, arif ol!Pürbəha gəncinəyik, viranələrdən çıxmışıq.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love