Yetişdi qeyri aşiqlər vüsali-yarə, biz qaldıq,Xəlayiq çarə tapdı dərdinə, biçarə biz qaldıq.

Hamı öz sevdiyi məşuqəsilə şadi-kam oldu,Yanan pərvanələrtək ruzü şəb odlara biz qaldıq.

Rəqibi bimürüvvətlər fərəhnak oldu aləmdə,Sevib cananı, həsrət türreyi-dildarə biz qaldıq.

Keçirtdik tiri-nazın sinədən hər mahrüxsarın,Yenə bimehr çıxdı, təneyi-əğyarə biz qaldıq.

Məhəbbət gülşənində bir gül əkdik, zəhmətin çəkdik,Səfasın özgələr gördü, cəfayi-xarə biz qaldıq.

Bütün divanələr, Vahid, kəməndindən xilas oldu.Yenə ol zülfə bağlı müttəsil avarə biz qaldıq.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love