Vəfalı olmasan, ey gül, baharın olmayacaq
Vəfalı olmasan, ey gül, baharın olmayacaq,Çəmən behişt ola, xoş ruzigarın olmayacaq!
Gözəlliyində gözəlsən, heyf, bir eybin var,Kiminlə ömr eləsən, etibarın olmayacaq!
O qarə gözlərinin həsrətin çəkən könlüm,Ümidi-vəslin ilə intizarın olmayacaq!
Əsiri-zülfün olanlar qurtardı zülmündən,Cəfalar eyləməyə ixtiyarın olmayacaq!
Gözəllik aləminin padişahı olsan da,Fəqirə cövr eləmək iqtidarın olmayacaq!
Bəlayi-eşqə hələ düşməyib, səlamətsən,Bu dərdə düşməyə səbrü qərarın olmayacaq!
Vəfalı yar sənə öz əzəlki yarın idi,Dübarə istədiyin yar, yarın olmayacaq!
Sənin də, Vahid, həyatında şerdən başqaVətən oğullarına yadigarın olmayacaq!
Kitabxana.az · https://kitabxana.az/en/works/vahid-vefali-olmasan-ey-gul-baharin-olmayacaq
Use ← → keys to move, R for a random poem
More by this author
Buruqda çıxmışam göylə yarışa,Bizə günəş, ay eyləyir tamaşa.
Azad qadınGözəl desən gözələm mən, pəri desən pəriyəm,Məni sevən igidin mən sevimli dilbəriyəm.
SəninEy Tiflisə gedən Bakı gözəli,Yayıldı ellərə sorağın sənin.
Qızıl OrduQızıl Ordu girən kimi meydana,Saldı faşizmin canına muryana.