Dəmbədəm nalan olarsam, nola, manəndi-həzar,Görmədim buyi-vəfasın qönçədən, ey gülüzar

Qönçəvəş könlüm açılmaz seyri-gülzar etmədən,Həsrəti-ruyunla var sinəmdə yüz min xarxar

İki gündən daxı xətt irər, həlak eylər məni,Hey qiyamət olmadan bir kərə həşr olsaq nə var

Şivəyi-rəftarını seyr eyləyib sərvi-səhiLərzə düşdü cisminə heyrətdən oldu biqərar

Həsrəti-ruyi-nigarilə sirişki-laləgunNitqiya, ətrafımı hər dəmdə eylər laləzar

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love