Aşiqə cövr etməklə, cana, günahı yoxmudur,Gər qərib isə nə var, onun Allahı yoxmudur

Ləşkəri-qəm işbu könlüm şəhrini qıldı xərab,Hey mədəd billah, şəhrin padşahı yoxmudur

Bum bəxtin sayəsində qalmışam nomid bən,Bu cahanın bir həmasayə pənahı yoxmudur

Varmazsa xanəgahi-zöhdə gər əbdali-dil,Nola, zahid, piri-eşqin təkyəgahı yoxmudur

Padşahlar bəndəsindən ar edərsə, Nitqiya,Göz ucuyla barı gəh-gəh bir nigahı yoxmudur

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love