Dilərəm atəşi-qəm dildə fərəvan olsun,Ta ki can məş'ələsin yaxmağa asan olsun

Ləbinə canı dəriğ etməzəm, ey üzü günəş,Xəstə canıma həmən zərrəcə dərman olsun

Gərçi güldürmədi üşşaqını aləmdə vəliHərdəm ol qönçədəhən gül kimi xəndan olsun

Dağlarla tənimi gülşəni-eşq eylə bənBülbül ol gülşənə işbu dili-nalan olsun

Buyi-candır nəfəsi, Nitqiyə dəşnam edəcək,Dedi var eylə dua, bu sənə ehsan olsun

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love