Aləmə mehri-ruxun, ey üzü gün, verdi ziya,Sidqilə gördü əyan didəyi-can sübhi-səfa

Astanın görünür qanda nəzər eylərsəm,Güya didələrim oldu bütün qiblənüma

Xəddin üstündə görüb nagəhan ol turrələrin,Başıma gəldi dərığa ki bəla üzrə bəla

Ney kimi nalə qılıb dəmbədəm ah eylədiyi,Gərdunda nəyin yoxsa, eşqinlə həva

Nitqiyə zərrə qədər pərtövi-ehsanın yox,Aləmə mehri-ruxun, ey üzü gün, verdi ziya

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets