Ruxun şövqilə ah etsəm olur dudən şərər peyda,Nə mehr olur bu kim zərrati-atəşnak edər peyda

Bana feyzi-vücud edən sənin mehrindürür, mahım,Çü qılmaz zərreyi-mə'dumi illa tabi-xur peyda

Kabab etdim ciyər pərgaləsin çeşmi-məstinçün,Dəmadəm dudi-ahımdan olur buyi-ciyər peyda

Çıxıb qapusuna dilbər bu gün ərzi-cəmal etdi,Sanasın mətləindən aftab oldu səhər peyda

Həvayi-zülfi-yarilə yürürkən Nitqi sərgərdan,Daxi badi-sabadan olmamışdı bir əsər peyda

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love