Tərifnamə
Ey Keyqubad taxtında əyləşən!Şahlığın onda həmişəlik olsun.Mənim bu əməyimə tərəf nəzər sal,Ki, bu mənim sərmayə və xəzinəmdir.Zəmanə şahının astanasına layiqƏgərçi töhfəm çox kiçikdir,Ondan başqa töhfəm yoxdur.Ancaq sədaqətdə heç kəsdən əskik deyiləm.Dünyanın, hadisələri olan bu namədə,Bir şahı sədaqətlə həmişəlik bəyəndim,Ki, İran ondan bəzək tapdı,Bütün işlər intizam və tərtib tapdı.Elə ki, fərmanvericilik taxtına əyləşdi,Öz qəhredici qüvvəsi ilə məmləkətdə fitnəqapısını bağladı.Zirəkliklə gələcəyin fikrini etdi.Ədalət və səxavətlə öz adını diriltdi.Taxta əyləşdiyi vaxtdan, rus padşahı iləDostluq rəsmlərini saxlamışdır.Ey şah, bil ki, mənim bu kitabımSənin gözəl işlərini dünyaya nişan verər.Baxışlarını İranın ətrafına tikərək,O ölkənin xəbərlərini yığaraq,Uca səs ilə dünyaya oxuyar.Nasirəddin çox hörmətli şahdır.Xoşbəxt və mələk sifətli padşahdır.Xasiyyəti ilə tac və taxtı yüksəldənTədbiri ilə hər işə ki, başlayır,Aydın iradəsini nəzərdə tutur.Ey padşah, sənin məmləkətinin xəbərləri,Sənin işlərini aşkar edir.Həmişə səni tərif edən kitabımBu yaxşı işdə ondan yardım aldı.Şaha layiq saysız inciləri.Bir üzücü kimi o dənizdən çıxarır,Hər vaxt onları adamlara bağışlayır.Qafqaz ucqarından polyak yurduna qədər,Dünyanı başdan-başa sənin dövründə,Sənin adının şöhrəti ilə doldurur.Bütün bəşər tayfaları bilsinlər ki,Ey ədalətli, sənin bu gözəl dövründə,İran sənin sayəndə nə qədər rahatdır,Ey tac sahibi, bu məsnəvi ilə sənə tərif yazdım.Əgər ki, etibarcaOnun qiyməti haqqında lovğalanmağa dəyməz.Ancaq onu səmimi sədaqətimin əlaməti hesab et!Ruslardan bir kiçik şairəm,Həzrətinizə sədaqət bəsləyirəm.Ümidim vardır ki, bu neçə beytKi, qaranlıq xatirimdə nəqş bağladı.Şahın mərhəmət günəşinin işığındanAy günəşdən işıqlandığı kimi, işıqlanacaqdır.Səxavətinlə məni də başı uca et!Şadlıq qapısını üzümə aç!Fikri aydın bilicilər nə gözəl demişdir:“Şahların kölgəsi könüldən qəmi aparar!”
Kitabxana.az · https://kitabxana.az/en/works/axundzade-terifname
Use ← → keys to move, R for a random poem
More by this author
Qafqaz canişini dəftərxanasının direktoru həqiqi müşavir və Kavaler Mixail Pavlovic Şerbini həzrətlərinə**Poruçik Mirzə Fətəli Axundzadənin məlumat vərəqəsi 28 fevral 1852-ci il, Tiflis*
Canişin dəftərxanasının müdiri M.P.ŞerbininəCanişin dəftərxanası mütərcimi poruçik Mirzə Fətəli Axundzadənin raportu 10 oktyabr 1852-ci il. Şuşa*Ucaməqamlı knyaz Canişinin buyruğu ilə mən həmin ilin aprel ayının 1-dən qvardiya podpolkovniki Meyyerlə Şuşa qəzasında fevralın 18-də kazaklarla toqquşan kontrabandistlərin sorğu-sualına göndərildim. Mən bu günədək müstəntiqin işində heç bir səsim və dəxalətim olmadan mütərcim sifətilə qulluğun bütün vəzifələrini və Pyotr Martınoviç Meyyerin tapşırıqlarını yerinə yetirmişəm ki, bunu o özü şəxsən sizin hüzurunuzda iqrar edə bilər. Lakin zati-aliniz mənim xəstəhal olduğumu bilməmiş deyilsiniz. Mən hələ may ayında ağır qızdırmaya tutulmuşdum. Bu xəstəlik mənim qısa müddət üçün Tiflisdə olduğum vaxt təzələndi. İndi isə qızdırma məni hər gün əldən salır. Bundan əlavə Şuşanın nəmli havası mənim babasil tutmalarından zəifləmiş səhhətimi tamamilə pozur.
Qafqaz Canişini dəftərxanasının direktoru A.F.KruzenşternəKapitan Mirzə Fətəli Axundzadənin məlumat vərəqəsi 25 sentyabr 1857-ci il*Knyaz M.S.Voronsovun canişinliyi vaxtında mən beş komediya yazdım. Bu əsərlər o əlihəzrətin diqqətini mənə cəlb etdirdi, maaşımın 500 manat artırılmasını buyurdu və dəftərxanaya göstəriş verdi ki, xəzinə hesabına 1500 nüsxə çap edilsin və canişinliyin tabeliyində olan hərbi və mülki idarə rəislərinə göndərilsin, arzu edənlərə hər nüsxəsi manat yarıma satılsın və yığılan məbləğ mənə verilsin.
İslam yazısı haqqında Mirzə Fətəli Axundzadənin apardığı araşdırmanın nəticələriİslam yazısı haqqında, etimada layiq fəzilət sahiblərinin yazmış olduqları bir çox kitablar əsasında mayor Mirzə Fətəli Axundzadənin apardığı araşdırmanın nəticələri**1274 (1858)-cü il*