Kapitan Mirzə Fətəli Axundzadənin məlumat vərəqəsi 25 sentyabr 1857-ci il

Knyaz M.S.Voronsovun canişinliyi vaxtında mən beş komediya yazdım. Bu əsərlər o əlihəzrətin diqqətini mənə cəlb etdirdi, maaşımın 500 manat artırılmasını buyurdu və dəftərxanaya göstəriş verdi ki, xəzinə hesabına 1500 nüsxə çap edilsin və canişinliyin tabeliyində olan hərbi və mülki idarə rəislərinə göndərilsin, arzu edənlərə hər nüsxəsi manat yarıma satılsın və yığılan məbləğ mənə verilsin.

O vaxt bu komediyalar rus dilində çap olunub satışa buraxıldı. Alihəzrət knyaz Aleksandr İvanoviçin canişinliyi vaxtında mən “Mürafiə vəkilləri” komediyası və “Aldanmış kəvakib” povestini yazdım.

İndi bu iki əsəri təqdim etməklə rica edirəm bu haqda Aleksandr İvanoviçə məlumat verib xahiş edəsiniz öz böyüklüyü ilə mənim ədəbiyyat aləmində birinci hamimi əvəz etsin, bu yeni əsərlərimi ona ithaf etməyimə icazə versin, həm də xəzinə hesabına, qaytarmamaq şərtilə, onların rus dilində çap olunması barədə dəftərxanaya göstəriş versin. Eləcə də bunlar əvvəlki beş komediyanın tatar (Azərbaycan – H.M.) dilində tərcüməsi ilə birlikdə 1500 nüsxəyə qədər çap edilsin, ölkə daxilində rəislərə döndərilsin, könüllü şəkildə alınması varlı müsəlman bəyləri, tacirləri və bütün millətlərdən olan məmurlara təklif olunsun...

Mən özüm əsərlərimi tərifləyib öyünə bilmərəm, lakin müsəlmanlar arasında birinci olaraq yalnız avropalılara məlum olan əsərlərlə tanış olduğum və həmvətənlərimi onlarla tanış etdiyim üçün fəxr etməyə cəsarət edə bilərəm.

Mənim komediyalarım müsəlmanlar arasında yayılarsa, onların əxlaqının yaxşılaşmasına səbəb olar, məni belə bir ədəbi növə sövq edən yüksək məqamlı hamilərimin şöhrət və xeyirxahlığını əbədiləşdirə bilər.

Kapitan Mirzə Fətəli Axundzadə

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Üçüncü məktub

Mənim kəramətli qardaşım, Allah iqbalınızı baqi etsin.Bu gün, bütün dünyanın xarab olması bu səbəbdəndir ki, Asiya tayfaları tamamilə, Avropa xalqları qismən, dinlərin doğduğu yer olan və buradan dinlərin Avropanı istila etdiyi Asiya qit’əsindən peyğəmbərlərin zühuru sayəsində və peyğəmbərlərdən sonra onların dinlərini rəvaclandırmağa çalışmış və insanların e’tiqadında müqəddəslik və vilayət dərəcəsinə çatmış olan vəsilərinin, imamlarının, naiblərinin və xəlifələrinin moizələri sayəsində üluhiyyət işıqlarının əsərlərindən olub da süfli varlıqlarda yəqinən, ülvi əcramda zahirən ondan yüksək bir varlıq təsəvvür olunmayan bir insan əqlini, özlərinin cürbəcür şəxsi qərəzləri nəticəsində tamamilə şərafət və e’timad dərəcəsində salmışlar, bu günə qədər əbədi həbsdə saxlamışlar. İşlər və xəyalat sahəsində qətiyyən onu istinadgah və dəlil saymamışlar və nəqli daima əqlə tərcih edərək üstün saymışlar.

11 min
[Həkimi-ingilis Yuma cavab]

Miladi 1768 tarixində Yum adlı bir ingilis həkimi Hind və Bombey müsəlman alimlərindən bu fəlsəfi məsələni soruşmuş və onlardan cavab istəmişdir. Lakin bu vaxta qədər islam alimləri tərəfindən bu məsələyə aid qəti, qaneedici bir cavab verilməmişdir.Məsələ budur:

4 min
[Molla Ələkbərlə mübahisə]

Hicrətin 1290-cı ilində polkovnik Mirzə Fətəli Axundzadənin Qafqaz ruhani idarə- sinin üzvlərindən biri olan səlyanlı Axund Molla Ələkbərə göndərdiyi məqalənin surəti.*Bəhai “Ərbəin”də demişdir ki: “Bir çox ixtisaslı və ixtisassız alimlərin rə’ylərinə görə əzabdan qurtarmaq və savab əldə etmək

18734 min
“Yek kəlmə” haqqında

Təbriz naibül-vüzarəsi Mirzə Yusif xan cənablarına, 8 noyabr 1875-də yazdığım məktubun surətidir.*Əzizim!

7 min

Poems by other poets