Təbriz naibül-vüzarəsi Mirzə Yusif xan cənablarına, 8 noyabr 1875-də yazdığım məktubun surətidir.

Əzizim!

İndi də “Yek kəlmə” xüsusunda bir neçə kəlmə danışaq. “Yek kəlmə”ni başdan-başa oxudum. Misilsiz kitabdır, gözəl yadigardır və faydalı nəsihətdir. Lakin ölmüş millət üçün yazılmışdır. Məgər İranda nəsihətə qulaq asan varmı? Keçmişlərdə Avropada da belə zənn edirdilər ki, zalimə zülmü tərk etdirmək üçün ona nəsihət etmək lazımdır; sonra gördülər ki, nəsihət zalimin təbiətinə qətiyyən tə’sir etmir. Buna görə də millət özü, dinin maniəsizliyi sayəsində elmlərdə tərəqqi edərək birliyin faydalarını anladı və bir-biri ilə yekdil-yekcəhət olub, zalimə müraciətlə dedi ki: Səltənət və hökumət büsatından əl çək!..

Ondan sonra kitabınızda izah etdiyiniz konstitusyonu millət özü ümumi iş və ədalətin icrası üçün icad etdi.

Aya, sizin millətiniz də zalimə “səltənət və hökumət büsatından əl çək!..” deməyi bacararmı?

Heç vaxt!..

Sonra. Siz ədalətli idarə üsulundan söhbət açaraq şəriət ehkamına istinad etmişsiniz. Çox yaxşı! Baxaq görək, aya, şəriətin özü ədalət çeşməsidir, ya yox?

Əgər şəriət ədalət çeşməsi isə, konstitusyonun birinci əsası olan hüquq bərabərliyini mühakimələrdə icra etməlidir. Hüquq bərabərliyi yalnız kişi tayfasınamı məxsusdur? Şəriətin nə haqqı var ki, qadın tayfasını hicab ayəsi vasitəsi ilə daimi həbsə atıb, ömrü boyunca bədbəxt edir və yaşamaq ne’mətindən məhrum edir? Kişilərin hərəmxanada xidmət etmələrinə hicab hökmü icazə vermir. Varlı adamlar hərəmxanada qulluq etmək üçün labüdd və naçar xacələri satın almağa talib olurlar və buna görə də çox azğın adamlar, öz dünya mənfəətləri üçün günahsız uşaqları xacə edib islam məmləkətlərində satırlar. Əgər hicab ayəsi nazil olmasaydı, o azğınlar bu alçaq işə əl qatmazdılar, çünki onun heç bir başqa mənfəəti yoxdur.

Sonra. Bir zimmi bir müsəlmandan on tümən rul iddia edər; müsəlman inkar edər. Hər ikisi, mürafiə məqsədi ilə qazinin hüzuruna gedərlər. Qazi zimmidən şahid istər. Şikayətçi zimmi, vilayətin mö’təbər tacirlərindən dörd nəfər zimmi şahid gətirər. Qazi o dörd nəfər zimminin şahidliyini e’tibarlı saymaz və şikayətçi zimmidən müsəlman şahid istər. Şikayətçi zimmi, müsəlman şahid tapmaqda acizlik çəkər. Bu səbəbdən haqqı hədər olar, qazinin məhkəməsindən ahü-fəryadla bayıra çıxar və söylər: “Ey Allah, bu nə qanundur, bu nə divandır!”.

Məgər mühakimələrdə bərabərlik belə olar?

Əgər şəriət ədalət çeşməsi isə, o, konstitusyonun üçüncü əsası olan şəxsi azadlığı icra etməlidir. O halda şəriət hətta islamiyyətin qəbulundan sonra da bütpərəstlərdən və müşriklərdən qul və kənizlər alıb-satmağa nə üçün icazə verir? Məgər bu ən alçaq zülm deyilmi və azadlığa zidd deyilmi?

Keçmişdə Avropada isəvilər Tövratın fitvasına əsaslanaraq bütpərəst və müşrik qullar və kənizlər alıb-satmağı caiz sayırdılar və deyirdilər ki, Musa bütpərəstlərin və müşriklərin alınıb-satılmasını halal, hətta vacib etmişdir...

O tərəfdən ingilis qalxaraq dedi ki, Musa anlamamışdır; bütpərəstlər və müşriklər də bizim kimi insandırlar, bizim qardaşlarımızdırlar. E’tiqad ayrılığı sayəsində insan növü azadlıq hüququndan məhrum ola bilməz. Buna görə də qul və kənizləri alıb-satmağı köhnə və yeni dünyanın hər bucağında qəti surətdə qədəğən etmişlər. Rus dövləti də bu yaxın zamanlarda Xivədə özbək tayfası ilə bir şərt bağlamışdır ki, qul və kəniz alveri aradan qaldırılsın və cəza olaraq adam öldürmək qədəğən edilsin.

Əgər şəriət ədalət çeşməsi isə, konstitusyonun dördüncü əsasını həyata keçirməlidir. Bu surətdə:

nə deməkdir? Bir azad kişi ilə bir azad qadın, evlənmək qeydi olmadan, hər iki tərəfin razılığı üzrə bir-biri ilə yaxınlıq edirlər. Şəriətin nə haqqı var ki, onlardan hər birinə yüz taziyanə vurdurur? Bu iş insan şəxsiyyətinin tam əmniyyətinin ziddinə deyilmi və ədalətə müxalif deyilmi? Əgər bu ayədən şəriətin məqsədi şərəf və namusu qorumaqdırsa, bu ayə, əri olan qadın ilə arvadı olan kişinin zina etməsinə aid olmalıdır. Bu qanunu azad kişi və azad qadın haqqında icra etmək zülmdür. Əgər o kişi və qadının namusu öz əməlləri üzündən bada gedirsə, bunun fikrini onların özləri çəkməlidirlər. Onların namusunu qorumaq istəyən şəriətin müdaxiləsi azadlıq və əmniyyəti almış olur. Bunlardan hansı daha lazımlıdır, namus, ya azadlıq və əmniyyət?

Əgər şəriətin məqsədi onları cəzalandırmaqla başqalarına ibrət vermək isə, başqaları öz namuslarını qorumalıdırlar. Bəs nə üçün Quranda müt’əyə icazə verilmişdir? Hər iki tərəfin də razılığı müt’ə deyilmi? Daha nə üçün cəza verir? Əgər şəriət desə ki, müt’ənin icra edilməli bir siğəsi vardır, yə’ni o kişi ilə qadının yaxınlığı rəsmi olmamışdır, o vaxt insaf edin, rəsmiyyətə rəayət etməmək üstündə yüz taziyanə yemək çox çətindir və bu böyük zülmdür; bundan sonra nə azadlıq və nə əmniyyət?..

Bundan başqa, bütün fiqh kitablarında həzrəti-rəsul əleyhissəlam haqqında yazılmışdır:

Məgər bu, insanın namusuna təcavüz deyilmi? Ədalət çeşməsi birinci olaraq ədaləti özü pozmalıdırmı?

Sonra. Mən alnımın təri ilə beş tümən pul qazanmışam; nə üçün şəriət onun beşdə birini müftəxorlara verməyimi hökm edir? Yaxud yüz tümən pul qazanmışam; nə üçün şəriət hökm edir ki, bu pulu özümlə götürüb həccə gedim və onu qəlbiqara və yolkəsən ərəblərin ehtiyaclarına xərcləyim?

Bu hökmlər xalq malının tam əmniyyətinə zidd deyilmi? Bu, insanların malına yeyələnmək deyilmi?

Şəriətin özü xümsü və həcci vacib etməklə bütün insanların malına yiyələnməyə imkan verir. Halbuki zəkat, fitrə və sədəqənin millətə faydası olduğu halda, onların qətiyyən millət üçün faydası yoxdur.

Amma xalq bə’zi adamların malının əmniyyəti üçün

qanununu icra edir.

O halda dinarın dörddə birini oğurlamaq cəzasını alaq. Mə’lumdur ki, oğru özünü dolandırmaqda acizlik çəkdiyi üçün oğurluğa əl atır. Əgər onun əli kəsilərsə, aydındır ki, həyatını tə’min etməkdə daha aciz qalacaqdır. O zaman ya təkrar oğurluğa əl atmalıdır, ya da acından ölməlidir. Buna görə də insan əli kəsmək həqiqətdə bir insanın həyatını təhlükəyə salmaq deməkdir. Halbuki dinarın dörddə birini oğurlamağın cəzası olaraq oğrunun əli kəsilməyib ona başqa bir cəza verilərsə, ehtimal var ki, o, tövbə edər, bir vəsilə ilə məişətini qazanmağı bacarar və öz həyatından bir fayda görər.

Dünyada heç bir ne’mət həyatın əvəzi deyildir və onu hər cüz’i şey üstündə tam bir ədalət tələbi olaraq azad insanlardan almaq olmaz.

Əgər şəriət ədalət çeşməsi isə:

Bu çox yaxşı. Bəs nə deməkdir? Tutaq ki, mən bir müşrikə üstün gəlmişəm. ayəsinə görə onu öldürməyə haqqım vardır. Aya, bu zülm deyilmi və dördüncü maddə olan can toxunulmazlığına zidd deyilmi?

Əgər müşrikin bir neçə Allaha inanması xudavəndi-aləmə xoş gəlmirsə, qoy o öz Əzrailini göndərsin ki, müşrikin canını alsın; daha nə üçün çirkin cəlladlıq peşəsini mənim öhdəmə həvalə edir və bir günahsızın qanını mənim əlimlə tökdürür?

Xülasə, adam öldürmək, bədən üzvlərini kəsmək və ağac vurmaq barbar və vəhşi tayfaların sifətidir; Allahın şə’ninə layiq deyildir.

Avropada müqəssirləri cəzalandırmaq və insanların asayişini tə’- min üçün başqa tədbir görürlər; çünki ingilis filosoflarının təhqiqinə görə isbat edilmişdir ki, adam öldürməyin cəzası olaraq qatili e’dam etmək başqalarının asayişi üçün bu növ cinayətləri nəinki aradan qaldırmır, hətta qətiyyən azaltmır. İkinci bir adamı öldürmək əbəs və bihudədir, ondan heç bir məqsəd hasil olmur. Buna görə filosoflar insanların asayişi naminə, qatil haqqında bir cəza düşünmüşlər ki, bu növ cinayəti ya tamamilə aradan qaldırsın, ya da azaltmış olsun.

Bu gün Avropada bir cinayətkarın öldürülməsi haqqında hökm verməyə çox az təsadüf edilir. Aya, Şərqdə o ayələri pozmağa imkan varmı?

Əgər şəriət ədalət çeşməsi isə, konstitusyonun on yeddinci maddəsini icra etməlidir. Mən oruc tutmuram, namaz qılmıram, mənə cəza vermək Allahın işidir, şəriət nə üçün mənə hədd vursun və mənim haqqımda əzab və cəzanı, hətta ölümü belə rəva görsün.

Nə isə...

İşin əlacı nəsihət və və’z etməkdə, məsləhət verməkdə deyil; göz qabağında olan bu əsas kökündən, dibindən qoparılmalıdır.

Bununla bərabər sizin kitabınız təqdirə layiqdir. Heç olmazsa azçox şüuru olan hər bir oxucu biləcəkdir ki, siz məsələni anlamısınız və sizin ürəyinizin yanması qeyrətdən, vətənpərvərlikdən və millətpərəstlikdəndir.

Sizə elə gəlir ki, şəriət hökmlərinin köməyi ilə Fransa konstitusyonunu Şərqdə həyata keçirmək olar; yə’ni zülmü aradan qaldırmaq olar. Yox, qətiyyən belə deyil! Bu çətindir və mümkün olan şey deyil. Əməvilər və Abbasilər əsri şəriətə daha yaxın idi. Zülmün və despotizmin binasını islamiyyətdə əvvəlcə bunlar qoydular. Elə isə şəriət hökmləri var olduğu halda, zülm davam edir?!

Ədaləti yerinə yetirmək və zülmü aradan qadırmaq ancaq yuxarıda dediyim şəkildə mümkündür; yə’ni millətin özü bəsirət və elm sahibi olmalı, ittifaq və yekdillik əsaslarını əldə etməli, sonra zalıma müraciət edərək deməlidir: Səltənət və hökumət büsatından əl çək!..

Ondan sonra, özü zamanın vəziyyətinə uyğun olaraq qanun qoyub konstitusyon yazmalı və ona əməl etməlidir. O zaman millət yeni həyat tapacaq və Şərq torpağı gözəl cənnət kimi olacaqdır. Baba, mənə nə var axı!

Vallah, mən bu sözləri yazmağa peşimanam. Nə edim, “Yek kəlmə”ni gördüm, qanım coşdu, ağlımı itirib sayıqladım; tövbə edirəm;

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Müsyö Timofeyevə

Hörmətli ağam müsyö Timofeyev!**29.VIII-1858-ci il*

1 min
Mirzə Ələkbərə

Təbrizdəki rus konsulxanasının mütərcimi Mirzə Ələkbərə yazılmış məktubun surəti**Mənim hörmətli ağam, səadətiniz daimi olsun!

1 min
Dəsturül-əməl

Alicənab Hacı Molla Məhəmməd!Vəqta ki, İstanbula varid olursunuz, təvəqqe edirəm ki, bidunitəxir mənim məktubumu dostumuz Əbdürrəhman ağa Hacı Məhəmmədəmin mərhumun oğluna təslim edib, lisanən mükərrəmüləleyhdən rica eləyəsiniz ki, hər vəch ilə olur olsun mənim məsulumu məmul edə və məktubumun cavabını sizə verə ki, mənə yetirəsiniz. Xülasə, gərək cavabsız gəlməyəsiniz. Sonra əlifbayi-cədidin xüsusunda həmişə ərbabimərifət və kəmal ilə göftgu edəsiniz və üləma məclisinə tərəddüd edib, bu əlifbanın mənfəəti babında onlar ilə danışasınız və basmaxana sahiblərinə deyəsiniz ki, onların hüsni-övza və tərəqqiləri mövqufdur bu əlifbanın intişarına. Ondan ötrü ki, hər kitab təzə xətti-cədid ilə basmaxanadan çıxdıqda haman saat füruşa yetişəcəkdir. İnşaallah-taala, padşahani-islam bu rəsmi-xətti-cədidi təsdiq və mücra edib, küllifirqeyi-islamı nikbəxt edəcəklər və əgər əlifbayi-cədidin surətini bir kimsənə xahiş eləsə, əlbəttə, yazıb verəsiniz.

1 min
Təlimat

Əzizim Əsgərxan bəy!Yeni əlifba kitabçası əlinizə çatan kimi gecikmədən yeni yazı üsulunu yazılmış təlim qaydalarına müvafiq olaraq öyrənib, xalqın bütün təbəqələrindən – istər varlı və əşraf, istərsə də yoxsul və sənətkarlardan şagirdlər tapıb, yeni əlifbanı onlara öyrədin və diqqət yetirin ki, kitabçanın üzünü köçürüb özlərində saxlasınlar. Əgər tələbələrdən və məktəb uşaqlarından şagirdlər tapa bilsəniz, çox yaxşı olar. Yeni əlifba kitabçasını kamal və mərifət sahiblərinin məclislərində oxumalı və yeni yazı üsulunun vacib bir iş olduğunu dəlillərlə sübut etməlisiniz.

2 min

Poems by other poets