İnsan təbiətində iki ümdə xasiyyət qoyulubdur: biri qəm, biri fərəh; a ğ l a m a q – əlaməti-qəmdir, g ü l m ə k – əlaməti-fərəhdir. Gahi məsaibin vüquu və müfərrihatın süduru və gahi onların təqriri və ya təhriri bu iki haləti, təbiəti-insanda zahir edər. Təqrir və təhrir surətində qəm və fərəhə və giryə və xəndəyə ümdə müəssir vəz’i-hekayətdir. Əksər övqat namərğub vəz’lə zikr olunan müsibətdən adəm mütəəssir olmaz; lakin haman müsibət özgə, pəsəndidə vəz’ ilə nəql olunduqda kəma-yənbəği tə’sir bağışlar; necə ki, naqis və kamil mərsiyəxanların məclisində bu iki keyfiyyəti biz mükərrər müşahidə edirik.

Əgər nəqli-müsibət və ya behcət təbaye və əxlaqi-bəşəriyyəni kəma-filvaqe bəyan etməklə təbiəti-müstəmiə məqbul və müəssir düşdü, haman nəqlin vazeinə və müsənnifinə həkimi-pövşənrəvan və arifi-təbaye-insani deyərlər və naqili-kamilinə süxənguyi-qabil.

Faideyi-nəqli-müsibət və behcət, bəni-növ’i-bəşərin əxlaq və xəvassını bəyan etməkdir ki, müstəme’ yaxşılarına xoşhal və amil və yamanlarından mütəəzzi və qafil ola və həm nəfsi-əmmarə bu gunə hekayatın istimaına məşğul olmaqda ləzzət görüb məasi və mənahidən cəlbi-sürur etməyə meyl eləməyə. Məmaliki-Firəngistanda ərbabiüquli-səlimə bu əmrin faydasına bərxurd olub ə’sari-qədimədən hər şəhri-əzimdə imarəti-aliyə “teatr” ismi ilə bərpa edibdirlər ki, bu imaratda gah keyfiyyəti-müsibət və gah keyfiyyəti-behcət, bəvasiteyi-təşbihat izhar olunur.

Milləti-islam arasında bu zamana qədər ancaq nəqli-müsibət mütədavildir, bəvasiteyi-təqrir və təşbih. Bu həm kəmali-qüsur və nöqsan ilə; yə’ni əvvələn məsaibin vəz’i-inşası müvafiqi-vaqe və mütabiqitəb’i-insani əmələ gəlməyibdir və saniyən naqillərinə bəsirət üzrə tərbiyət olmayıb. Hər kəs xudsər bu əmrə iqdam edib ləvazimatından cahil və şəraitindən qafildir. Və salisən bu əmri-əzimin icrası üçün milləti-islam arasında hərgiz tədarükat mühəyya deyil. Ona binaən keyfiyyəti-təşbihat – ki, dünyanın ələzz ne’mətlərindən birisidir, – rayət rəkakətdə zühur edər; məsələn, bir cüz’i işə dəxi ki, şəbih, haləti-mütəkəllimdə qare nəzərə gəlməsin, çarəcu olmayıblar. Və hər şəbih ki, gərək əzbərdən müvafiqi-istilah mükalimə etsin, görürsən ki, bir vərəq kağızı əlinə alıb ibarəti-qəlizə ilə mürasilə oxuyur.

Belə halət ilə şəbihin təqriri necə təbiəti-insana müəssir düşər? Amma nəqli-behcət bəvasiteyi-təşbihat hərgiz rəsm deyil və bu xüsusda bu hala qədər heç bir təsnif yazılmayıbdır. Bavücudi ki, nəqlibehcətdə məvaizi-əcibə və nəsayihi-qəribə mütəzəmmindir. Və əgər bu məvaiz və nəsayih behcətəfza və tərəbəngiz vəz’ ilə bəyan olunmasa, hərgiz təbiəti-xass və ammə onların istimaına rağib olmaz. Behcət nəqlinin məclisini o qərar ilə ki, Firəngistanda mütəarifdir, kəmali-diqqət ilə mülahizə edəsən, xilafi-həya və ədəb bir şey onda görünməz.

Çün əmiri-ə’zəm və süpəhsalari-əkrəm və canişini-ə’lahəzrətiimperaturi-əfxəm, sərkari-əşrəf və əmcəd knyaz Vorontsov, fərman-fərmayi-məmləkəti-Qafqaziyyə sənə 1266-da şəhri-Tiflisdə bir imarəti-aliyə teatr ismi ilə bərpa edib baladə məzkur olan mənafeikülliyyənin vəsaili-iktisabına məxarici-kəsirə sərf və hər bir əhli-elm və əmələ bu mənafein intişarına təqviyət etmək üçün külli himayət və inayət zahir buyurdu, lihaza mən dəxi milləti-islamı bu əmri-qəribdən müstəhzər etmək üçün bərsəbili-imtəhan altı təmsil, bir hekayət təsnif etdim. İndi cümləsini bir mücəllədin içində ərbabi-kəmalə mə’- ruz edib başqa müsənniflər kimi basdırıb təvəqqe etmirəm ki, nikü bədindən iğmaz etsinlər; bəlkə təmənnam odur ki, bu elmi-cədidə müxbir olub bəqədri-qüvvə əmsalını təsnif etməyə iqdam edələr ki, onların ehtimamından bu fənni-əcib islam arasında dəxi şöhrət tapa. Və məndən ancaq əndazə və nümunə göstərmək idi və baniyi-kar olmaq.

Xitab bər katib

Çün türki dilinin imlası xüsusunda bu anə qədər bir qaideyi-külliyyə mərqum olunmayıbdır, ona binaən mən təmsilatımın imlasında istilahı dəstaviz etdim. Və mənim əqidəm budur ki, əgər təkəllümdə məzkur olunan əlfaz, istilahi-xass və ammdə və iste’mali-alim və cahildə müştərək oldu, imlası hini-kitabətdə sövti-mütəkəllimə mütabiq yazılsa uladır. Və gərək mültəfit olmamaq ki, bu əlfaz farsidən və ya ərəbidən mə’xuzdur və bunların imlası haman dillərdə qeyri-vəz’ ilədir. Zira ki, ləfzdən qərəz ifadeyi-mə’nadır və indi sənin dilində haman əlfaz bu imlaya müvafiq mütələffiz olub ifadeyi-mə’na edər və sənin mənzurun əmələ gələr. Dəxi nə xərc lazım olubdur ki, onları farsi və ya ərəbi dilinin imlasına çevirirsən ki, oxuyanda müstəmiə qərib və biganə görünür. Əgər qərəzin izhari-fəzldir, beş-on sözün imlasını əsl vəz’ə mütabiq yazmaqla fəzl zahir olmaz. Fəzlin şürutu çoxdur.

Ona binaən təvəqqe edirəm ki, sən də mənim kimi adəmi, türki dilində – adam yazasan, töxmi – toxum, cifti – cüt, müqəyyədi – muğayat, övrəti – arvad, qaidəni – qayda və habelə özgə əlfazı ki, xəvass və avamın iste’malında müştərəkdir, fəqət xəvassa mütəəlliq olan əlfaz qoy öz imlayi-əslisində baqi qalsın; necə ki, təkəllümdə dəxi vəz’i-əslisi ilə tələffüz olunur. Və bəhs eləmə ki, dibaçədə özüm niyə bu qaydanı mər’i etməmişəm. Ondan ötrü ki, piş-əz vəqt bir e’lam lazımdır. Bundan sonra hər nə yazsam, öz bildiyim kimi yazacağam.

Xitab bər naqil

Mənim əzizim naqil – ki təmsilatımı oxuyacaqsan və ya hifz edib söyləyəcəksən, – gərəkdir biləsən ki, bu təmsilat məhz ibarətdir neçə nəfər əşxasın arasında vaqe’ olan güzarişin vəz’i-bəyanından və tərhitəşbihindən. Bu surətdə sənə lazımdır ki, hər bir şəbihin halətini onun mükaliməsindən fərq verib oxuyanda və ya təqrir edəndə, mustəmei iştibaha salmayasan. Hər şəbihin adının altında yazılan sözlər onun mükaliməsidir və bir para şəbih hini-mükalimədə əlin dizinə çırpır və ya ağlayır və ya gülür və bir para yerdə vəz’i-məclis bəyan olunur. Bu növ keyfiyyətlərin təkəllümə dəxli yoxdur. Gərək bunlar mükalimə tərzində oxunmaya. Və bir dəxi mənim təmsilatımı səyaqi-qədim və mütəarif üzrə oxumaq caiz deyil, gərək danışıq tərzində oxuna. Təəccüb yerində – mütəəccib ol, sual yerində – sail, xövf yerində – xaif ol, heyrət yerində – hayir, sükut yerində – sakit ol, zöhk yerində – zahik, büka yerində – baki ol, qeyz yerində – qaiz, şəfqət yerində – müşfiq ol, heybət yerində – mühib, istehza yerində – müstəhzi ol, çığırmaq yerində – çığır, ahəstə mükaliməni – ahəstə oxu, qoca mükaliməsində – qocamanənd söylə və erməni danışığında – erməni tələffüzünü mülahizə elə; qalan zad mövqufdur sənin öz qabiliyyətinə.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Əvvəlinci məclis

Əvvəlinci məclis vaqe olur Heydər bəyin obasından kənar bir böyük palıd ağacının dibində, aydınlıq gecədə.Səfər bəy qıvraq geyinmiş, yaraqlı-əsbablı oturub daş üstə, Heydər bəy qabağında habelö yaraqlı-əsbablı, qıvraq geyinmiş məlal ilə danışır.

15 min
İkinci məclis

İkinci məclis Ağcabədi kəndində vaqe olur. Bazarın bir küncündə tikilmiş dükanın içində qədəkdən, bezdən, şilədən, alçaq çitlərdən tökülübdür. Hacı Qara yarımarşın əlində bikef oturubdur.H a c ı Q a r a. Allah kəssin belə bazarı! Belə alış-verişi! İt oğlu qədək, şilə verənin əli qurğuşun imiş! Üç aydır Qalada almışam, gətirib beş top satmamışam! Heç kəs malın üzünə baxmır. Deyəsən ölətdən qırılanların sovxasıdır. Heç kəs yovuğuna gəlmir. Bu bazar ilə mən bir ilədək də buları satıb qurtara bilməyəcəyəm. Evim yıxıldı getdi! Bu nə iş idi mənim başıma gəldi?! Beş yüz manat nəqd pul verəsən, faydasından, qazancından əl çəkəsən, mayan da əlinə gəlməyə, bu harda görülübdür? Evin dağılsın çit satan! Qapın çırpılsın şilə verən! Çadra verən, səni görüm heç uğruna xeyir gəlməsin! Sağ-salamat satdığın malın qazancın yemiyəsən! Uf, uf! (Əlin dizinə çırpır). Zalım oğlu, yüz yol qurana, peyğəmbərə and içdi ki, çox rəvac maldır, Ağcabədi bazarında üç gündə hamısın satarsan! Üç gün indi üç ay olubdur. Üç ay deyil ki, bu mal üç ilə də satılmaz. Yaxşı məni aldatdı. Bu hesab ilə düz yüz manat zərərim var. Bu dərd məni şəksiz öldürəcək. Bu halda Xudaverdi müəzzin yetişib qəflətən.

18 min
Üçüncü məclis

Üçüncü məclis vaqe olur Arazın kənarında. Qızılbaş səmtində. Bəylər və Hacı Qara Təbrizdən qaçaq mal alıb qayıdırlar. Arazın kənarına, piyadalanıb yığışıblar qırağa. Araz qıjhaqıj axır, dumanlı gecədir, gah-gah ildırım şaxır.H e y d ə r b ə y. Burdan indi keçmək olmaz. Gərək bir dört verst aşağıda küy-qalmaqal salaq, kazaklar tamam aşağı ensinlər, sonra qayıdıb burdan keçək.

10 min
Dördüncü məclis

Dördüncü məclis vaqe olur Xonaşin dərəsində, aydınlıq gecədə, iki erməni, biri piyadə, birieşşək üstə gəlirlər.

12 min

Poems by other poets