Dəli könlüm, gözəlim, zülfünə olmuş mail,Yenə zənciri-cünun əqlimi etmiş zail.

Min bahar olsa, cahan cənnətə dönsə, gözəlim,Görməyincə üzünü aşiqin olmaz qail.

Tez salar ortaya yüz təfriqə bimehr fələk,Vəsli-canana əgər bir kərə olsam nail.

Aşiqin canını naz ilə gözəllərmiş alan,El içində böyük əfsanə imiş Əzrail.

Yetərəm vəslinə ol mahın, əgər biganəArada olmasa zülmət kimi hər gün hail.

Nola sərgəştə dolansam təməi-zülfün ilə,Ehtiyac olmasa, dünyanı dolanmaz sail.

Kimsədən incimə, Vahid, səni incitsə o gül,Tutduğun felinə, əlbəttə, özünsən fail.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love