Bizim nigar dediyimiz nigarımız bu deyil!Sevimli dilbərimiz, nazlı yarımız bu deyil!

Biz indi də çəkirik intizarını o gülün,Həqiqi çəkdiyimiz intizarımız bu deyil!

Bizim baharımız ancaq gülüzlülərlə keçib,Bu nazənin ki, görürsüz, baharımız bu deyil!

O gül ki, biz sevirik, bil, onunla fəxr edirik,Sizin təsəvvür ilə iftixarımız bu deyil.

Kəməndi-ahə yaxın düşmədi ol ahunigəh,Yəqinim oldu, sevimli şikarımız bu deyil.

Bizim gözəl bitirib nazü qəmzə məktəbini,O məktəbi bitirən işvəkarımız bu deyil!

Mən öz ümidimi pərvərdigara bağlamışam,İnanma Vahidə, pərvərdigarımız bu deyil!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love