Piranəsərlikdə hərcayi könül
Piranəsərlikdə hərcayi könülBir tazə cavanın bəndivanıdı.Tərk eləyib olan şüğlü karını,Kəbeyi-kuyinin pasibanıdı.
Fərar eləmişdi dili-sərsəri,Bu gün badi-səba gətdi xəbəri;Söylər ki, məskəni gedəndən bəri,Bir pərinin zülfi-pərişanıdı.
Sərasər sinəmi oxları dəlib,Bu gün sabah köçməliyəm, ənqərib,Cəfa çəkmə, dur üstümdən, ey təbib,Tökülən didəmdən cigər qanıdı.
Müddətdti düşmüşəm qürbət diyara,Kimsədən olmadı dərdimə çara,Gecə-gündüz baxar gözüm yollara,Bir laçın gözlünün nigaranıdı.
Demə ki, çıxıbdır xeyirdən, şərdən,Bədöv at ölünçə qalmaz hünərdən,Sevdiyim, Zakiri salma nəzərdənQədr eylə ki, ləlü guhər kanıdı
Kitabxana.az · https://kitabxana.az/en/works/zakir-piraneserlikde-hercayi-konul
Use ← → keys to move, R for a random poem
More by this author
Tökər səndən ayrı, ey çeşmi xumar,Gecə-cündüz əşki-ali gözlərim.
Xuraman-xuraman seyri-gülşənəXuraman-xuraman seyri-gülşənəAl geyinib çıxma, Allahı sevər;
Heç bilirsən nə cəfalər çəkmişəmHeç bilirsən nə cəfalər çəkmişəm,Uzun müddət yollarında, yar, sənin?
Həqdi, gözəl çoxdu cahan içindəHəqdi, gözəl çoxdu cahan içində,Ola bilməz sənə nisbət hər gözəl.
Poems by other poets · Love
Tuba boylum, qamətindi sərvü-ərərdən gözəl,Gül üzün yanında zülfün sünbüli-tərdən gözəl,
Qəzəl: Könül ixlas tutmaq bivəfa cananə müşküldürKönül ixlas tutmaq bivəfa cananə müşküldür,Həqiqət bilməyəndən dağ çəkmək cana müşküldür
Gəraylı: Könlüm istər görəm yarıKönlüm istər görəm yarı,Üç gündə bir, beş gündə bir,
Gəraylı: Dəli könül nə məlulsanDəli könül, nə məlulsan,Məgər ol nazlı yar getdi,