Heç bilirsən nə cəfalər çəkmişəm,Uzun müddət yollarında, yar, sənin?Nə olur danmaqdan, daldalanmaqdan,Düşgününəm aləm-aşikar sənin.

Nə qədər ki, gəlir təndə nəfəsim,Bülbüli-şeyda tək kəsilməz səsim;Mənim səndən özgə yoxdur bir kəsim,Yüz kimin-kimsənən o ki var, sənin.

Ayırmışdı məni bəxti-siyahım,Gəlmişəm dərinə, ey padişahım;Çək tiğini, gər var isə günahım,Öldür, gərdən mənim, ixtiyar sənin.

Tutmuş idim səri-kuyində mənzil,Gecə-gündüz danışırdım dilbədil;İndi qəm evində sərparə könülƏzəlki lütfünü arzular sənin.

Ayrı düşüb obasından, elindən,Yenə əl götürməz xublar telindən;Zakir, məgər usanmazsan əlindənSaf canə yetişdi dili-zar, sənin.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets