Cəfərqulu xana

Gedirsən get, sənə fəth ilə nüsrət həmkirab olsun,Unutma bizləri, seyrin vəli seyri-şitab olsun.

İki gündən ziyadə Cəbrailli içrə sən qalma,Neçin, xanım deyn kəs istəməz xolqi xərab olsun.

O babili Vəli Məmməd deyil mütləq sənin babın,Nə layiq şahibazın həmnişini bir qürab olsun.

Qoyucaq, Daşkəsənlidən güzər qıl badi-sorsor tək,Əli-allahidən daim gərəkdir ictinab olsun.

Horovluda olur ovqati-şirin təlx həlvasız,Üzüm vəqti satarlar, çünki qoymazlar doşab olsun.

Hüseyn boy, Məsum Əli oğlu Əhmod, bir də FeyzullahOlar bir kimsəyə həmdəm olunca bir dəvab olsun.

Bu şəhri-Şişədə gər bizi şişə taxsalar xoşdurKi, həmsöhbət bizə ol növi qövmi-bihesab olsun.

Nə hasil əhli-səhra söhbətindən, obi ənqurunGərəkdir neçə müddət şişədə qalsın, şərab olsun.

Əgər mollayə lüftün var bir çetvert dügi göndər,Öləndən sonra cayi ya gülüstan, ya zirab olsun.

Bizim düxtərlərin fikrinə qalma, yoxdur ol qız kim.Üzubət qalib olsun onlara, bizə əzab olsun.

Düşər tez özgə atına minən, nə əmmə, nə xalə,Sağınma o da Doyran kəhrizi kimi pürab olsun.

Gərəkdir yetişə artıqlığınca ləzginin müzdü,Ona nə, xah su çıxsın və ya dolsun türab olsun.

Maralyanlı Pərinin ... biz keçmişik hamı,Onun həddi nədir Ceyran xanımla tayü bab olsun.

Deyər öz-özünə mən də güləm – itbumu, həm zənbəq,Nəhayət səxt müşküldür ki, hər güldən gülab olsun.

Qədirin qədrini bil, tutulan quşdan ona gündəÜçün ver: ikisi yəxni, biri dəxi kəbab olsun.

Neçə vəqt ordasan, atlı buyur, yolları hifz etsin,Vilayət getdi əldən, bəlkə dəfi-bihesab olsun.

İyirmi gündə bir şeri deyincə, “ya Əli!” dərsən,Gərək şair bizim Zakir kimi hazırcavab olsun.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets