Mirzə Fətəliyə

Yazıbsan ki, imperator sipahıDunay çayın keçib bir səhərgahı.Həq-təala özü olur pənahı,Şahənşah qoşunu şəhr alan gərək!

Şahbazə nə elər hücumi-kəlağ!Tülək tərlan yerin tutmaz yapalağ!Qələt fikrə düşüb bir neçə sarsaq,Olara tənbihi-bipayan gərək!

Qiylü qalə düşməz kim olsa aqil,Həq bilir-hər üçü zaildi, zail;Durmağa ləşkəri-rusə müqabilDəmirdən baş, poladdan da can gərək!

Düşübdür Osmanlı xəyali-xamə,Xahişi var işin sala nizamə.İngilisin günü üz qoyub şamə,Görələr qəzayi-asiman gərək!

Tez azışdı əlhəq kiçik Napolyon,Əmisi tək şəksiz olacaq məğbun.O nə ki, iş tutur həddindən əfzun,Toxuna bəlayi-nagəhan gərək!

Bu il neçə iqlim olubdur pərxaş,Xiffəti-urusa edirlər təlaş.Ayağın döşünə yığıb qızılbaş,Dost dostu eyləyə imtahan gərək!

Qarabağ atlası dostəbədəstə,Top almaqdır sənətləri peyvəstə;Döyüşdə at salıb Osmanlı üstə,Cərgələrin edə pərişan gərək!

Elə dövlət devil dövləti-urus,Hər nakəs eyləyə üstündə cülus,Paşaları yıxa misli-Əşkəbus,Yox edə, – Rüstəmi-dasitan gərək!

Hifzü himayəti-dövləti –aliEvləmiş bizləri xətərdən xali;Ömnü amandadır malü əyali,Bu şükrü eyləyə müsəlman gərək!

Cəhd elə olasan düşmənə faiq,Döyüş günü künçə girmək nə layiq?Ağanın yolunda nökəri-sadiqBaş verib, baş alıb, tökə qan gərək!

Naib olub gedib damadım Əli,Yayın axarında, inşallah, gəli;Osmanlı qovuğu, firəng şinəliGətirə mənimçin ərməğan gərək.

Qoşunda var bizdən yenə dilavər,Biri Nəcəfqulu, biri İsgəndər,Göstərib hər biri cəngdə hünər,Lütfi-şəhənşahdan kamiran gərək.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets