Məşşatə gözünə sürmə çəkəndəSanasan, gözümə bıçağı çəkər,Sərasər üzülür riştəyi-canım,Eylə ki, zülfünə darağı çəkər.

Bilmədim qədrini günəş camalın,Sürahi gərdənin, çöhreyi-alın.O aşiq bilir ki, qədrin vüsalın,Bir müddət möhnəti-fərağı çəkər.

Xumar-xumar o baxmağı gözlərin,Yəğmaləyib solu, sağı gözlərin.Hərami qaşların, yağı gözlərinYay silkər, ox atar, sədağı çəkər.

Xubların yaxşısı olmaz kəmməhəl,İşarı edən tək gələr əlbəəl;Bir para əhli-hal olmayan gözəlZənəxdanı gizlər, qabağı çəkər.

Mənsur tək çəkələr dara Zakiri,Yandıralar alovlara Zakiri,Eyləsələr para-para ZakiriNecə dost kuyindən ayağı çəkər?!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets