Mən öləndən sonra, deyin dildara,Yadlar ilə deyib-gülməsin barı!Xəstəliyim görməyə ki, gəlmədi,Dəxi məzarıma gəlməsin barı!

İqrarının üstə möhkəm olmadı,Dövründə könlümüz xürrəm olmadı,Çünki bizim ilən həmdəm olmadı,Canımızı oda salmasın barı!

O gözləri nərgiz, zülfləri sünbül,Xətti-tər bənövşə, yanaqları gül,Dərdimə ki, dərman eyləyən döğül,Əhvalımı xəbər almasın barı!

Nə müddətdən bəri ol padişahım,Üz döndərib məndən ümmidgahım;Ya öldürsün, ya da cürmü günahımGündə bir üzümə çalmasın barı!

Adəm idi məkanında, yerində,Əqlü huşu qalmayıbdır sərində,Kəminə çəkərdi Zakir dərində,Onun təqsirinə qalmasın barı!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring