Gəldi yenə orucluqMeydanə, ay can, ay can!Məscid dolub boşaldıMeyxanə, ay can, ay can!

Gördükdə süfrələrdəDolma, tərək, badımcan,Lay-lay basıb aşırramİftara mən doyuncan.Çıxsın canı baxırsa,Qonşum yetimçə Xancan,Varsın qənaət etsin –Ayranə, ay can, ay can!

Əmr etmişəm səhurəBişsin plov bu başdan.Neylim ki, tapmayır ətKasıb-kusub obaşdan.Tapşırmışam ki, vursunKəfkirini yavaşdan –Aşbazım aş çəkəndə –Qazanə, ay can, ay can!

Həqqən orucluğun varÇox-çox mühəssənatı:Molla çəkər səlatı,Tacir verər zəkatı,İrsal edər müridlər,Peydərpey ağ manatı,Bənzər evim, otağım –Dükanə ay can, ay can!

Görcək məni uzaqdanQalxıb hamı durallar.Öpməkliyə əlimdənSürətlə səf qurarlar.Hökm eyləsəm filanınBoynun vurun, vurarlar,Bənzər bizim cəmaət –Heyvanə, ay can, ay can!

Hər kəs öpər əlimdənİzhar edər xülusi,Min məkrü hiylə iləMən toplaram fülusi,Kibr ilə minbər üstəHər gün edib culusi,Hökm eylərəm ümumə –Şahanə, ay can, ay can!

Kim öpməsə əlimdən,Ya verməsə ianə,Dinsizliyin o saətƏldə edib bəhanə.Təkfir oxun atıb daTez eylərəm nişanə,Var əldə dürlü fürsət –Böhtanə, ay can, ay can!

Minnət qoyub edərkənDəvətləri icabət,Təxir ilə namazıQıllam əda o saət,Təqvamı ta ki, görsünVəsf eyləsin cəmaət,Zəhmət də olsa olsun –Mehmanə, ay can, ay can!

Xalqın yanında artıqOlmaqçün etibarım,Təqva gərəkdir olsunZahirdəki şüarım,Gizlində heç pis işdənKeçmək deyil qərarım,Neylim, dəyərsə, dəysin –Vicdanə ay can, ay can!

İndi bir ay orucluq,Meydan dəxi bizimdir,Meydanda qaimülleylCövlan dəxi bizimdir.Çay, süt, yumurta, qəhvə,Qəlyan dəxi bizimdir.Xümsü zəkatü fitrə,Ehsan dəxi bizimdir.Dəvət edər cəmaətEhsana, ay can, ay can!Hər yanə, ay can, ay can!Ay can, ay can, ay can, ay can!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Satire