Piranəsərlikdə bir növcavanınPiyalə çeşminin məstanəsiyəm.Dolanıb başına şam ta səhər,Şəmi-camalının pərvanəsiyəm.

Eşq əhlinin işin məndən al xəbər,Hər aşiq olurmu sahibi-hünər?Yanmağa kahildir, odda səməndər,Mən özüm bu yolun mərdanəsiyəm.

Sərasər sövdayi-eşqi tərsanınApardı əqlini Şeyx-Sənanın,Fərhad - Şirinin, Qeys - Leylanın,Mən də bir pərinin divanəsiyəm.

Qurbanam özünə, həm yoldaşına,O xumar gözünə, hilal qaşına.Nə olur pinhani bir sirdaşınaDeyə: "filaninin cananəsiyəm".

Mən Zakirəm, budur sözüm, söhbətim,Nadan ilə yoxdur hərgiz ülfətim,Hanı bir xiridar, bilə qiymətim?Mərifət gəncinin dürdanəsiyəm.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love