Gizli sevgi
Sevgimdən qaçmışam uzaq şəhərə,Burda da həsrətin gəlib dayanıb.Ətrin səpilibdir bütün güllərə,Gözünün rənginə göylər boyanıb.
Səninçün dünyada bəlkə yoxam mən,Səni sevdiyimi heç bilməyirsən.Gündüz xəyalımdan, gecə yuxumdan,Bir an da, bir an da çəkilməyirsən.
Ürəyim, daşa dön, bu sirri saxla!Bu sevgi, bu bəla hardan enibdi.Bizim taleyimiz evlə, uşaqlaHərəsi bir yana zəncirlənibdi...
Ölüncə eşqinlə olacağam mən,Mən sənin ruhunda, qanında varam.Üstünü kül örtmüş bir ocağam mən,Balaca bir mehdən qaynayar yaram.
Kitabxana.az · https://kitabxana.az/en/works/fikret-qoca-gizli-sevgi
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Love
Pərtövi-hüsnün pozubdur nuri-mehri-ənvəri,Rövnəqi-hüsnündür ey mahım, cahanın zivəri.
HəsəninYarə deyin bizdən qarğış almasın,Yerdə qalmaz ah-zarı Həsənin,
MüştaqəmEy yar vəfadarım,Didarına müştaqəm,
QəzəlVahəsrəta ki, tərki-vəfa qıldı yarlər,Əfğan ki, keçdi həsrət ilə ruzigarlər.