Səni görməyəydim mən fağır, təki, –Səni görən yazıq, görməyən yazıq.Görməyən dünyada nə görübdür ki,Görən nə çəkmişəm bilir mən yazıq.

Desəm ki, mənim ol, el mənə gülər,Deyərlər, get otur qafiyə tap yaz.Bütün yer üzündə qalan dəvələrO qızın nazını çəkib aparmaz.

Əl göydən üzülüb, ayaq da yerdən,Görüb öz başıma iş açmışam, iş.“Kaş ki, görməyəydim” desəm də hərdən,Onu görməyincə mən heç nəyəmmiş...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets