Sənsiz üşüyürəm türyan istidə,Sənsiz söhbətlərdə yersiz sözəm mən.Bəzən haylı-küylü bir məclisdə dəQəribəm, tənhayam, kimsəsizəm mən.

Mənə bir ömürdür bir anlığın daÇağırsan qəbirdə dayanmaram mən.Uyusam gözünün qaranlığındaYeddi günəş yansa oyanmaram mən.

Bilsəm ki, sevirsən, sonsuz səhrada,Ulduzsuz gecədə, mən tək deyiləm,Sənsiz biganəyəm, tanışa, yada,Sənsiz özümə də gərək deyiləm.

Dostlar qayğısıyla neyləsin buna,Kollektiv neyləsin, yalqızam, yalqız.Mənim ürəyimin tənhalığınaNeyləsin həmkarlar təşkilatımız.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets